Heydər Əliyevin verdiyi evdən imtina edən general kimdir...?

Heydər Əliyevin verdiyi evdən imtina edən general kimdir...?

Hazırda oxunan: Heydər Əliyevin verdiyi evdən imtina edən general kimdir...?

133362
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dörgünlük savaşda göstərdiyi şücaətə görə general-mayor rütbəsi verdiyi Mais Bərxudarovun həyat yolu hamı üçün maraqlıdır.
xa0
Moderator.az xəbər verir ki, gənclərin böyük əksərinin kumirinə çevrilən döyüş generalımızın həyatı ilə bağlı maraqlı məlumat yayılıb.
xa0
Qubadlıda dünyaya göz açan Mais Bərxudarov Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.xa0

1993-cü ildə Mais Bərxudarov və bir qrup kursant cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarını verib. Lakin həmin dövrdə Hərbi Liseyin rəhbəri olan general Valeh Bərşadlı bunun qarşısını alıb və onlara təhsillərini davam etdirməyin zəruriliyini, peşəkar hərbçi kimi yetişməyin dövlətimizə daha vacib olduğunu izah edib. Mais Bərxudarov və digər kursantlar generalın sözlərinin dəyərini anlayıblar və öz təhsillərini davam etdiriblər.

Korpus komandiri tabor komandirinin tankında qabağda gedib

Aprelin əvvəllərində, erməni təxribatının qarşısını almaq üçün başlayan dörgünlük əməliyyatlarda korpus komandiri olmasına baxmayaraq, Mais Bərxudarov əsgərlərə qoşularaq, döyüşdə birbaşa iştirak edib, əsgərlərin önündə savaşa girib. Generalın tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb...xa0
xa0

Ulu Öndəri təəccübləndirən kəşfiyyatçıxa0

Vaxtilə olmuş bir hadisə isə indi daha da məşhurlaşıb.... Ulu Öndərimiz Heydər Əliyev tərəfindən Mais Bərxudarov “Azərbaycan Bayrağı”x9d ordeni ilə təltifləndirilir. Bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edir. Bu, gənc zabit üçün çox mühüm stimul olur. O, Heydər Əliyev tərəfindən bu ordenə düşmən arxasında fəaliyyətinə görə layiq görülür.
xa0
Heydər Əliyev ona “Azərbaycan Bayrağı”x9d ordenini təqdim edəndən sonra bildirir ki, sənə üç otaqlı ev də hədiyyə edirəm.

Prezidentə təşəkkürünü bildirən zabitimiz Ulu Öndərə deyir:

“Cənab Prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəsdir, şərəflidir. Lakin mənə bağışladığınız o evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlamağınızı xahiş edirəm. Mən birtəhər evsiz yaşayaram. Amma onların evləri yoxdur”¦”x9d

Lələtəpə yüksəkliyinin ələ keçirilməsində şücaət göstərmiş və buna görə Prezident İlham Əliyev tərəfindən general-mayor rütbəsilə mükafatlandırılmış zabitimiz Mais Bərxudarov bu gün Azərbaycanın son 22 illik tarixində ilk DÖYÜŞ GENERALIDIR”¦(Miq.azxa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO