Âxa0“Mükəmməl sistemin yoxlamalara ehtiyacı yoxdur”x9d-Âxa0 Elçin Qurbanov

Âxa0“Mükəmməl sistemin yoxlamalara ehtiyacı yoxdur”x9d-Âxa0 Elçin Qurbanov

Hazırda oxunan: Âxa0“Mükəmməl sistemin yoxlamalara ehtiyacı yoxdur”x9d-Âxa0 Elçin Qurbanov

101936

34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizəd Elçin Qurbanov vergi məcəlləsinə əlavələr haqqında bir yazı qələmə alıb. Yazıda nəzərdə tutulan islahatlar analiz olunur və bəzi təkliflər irəli sürülür.

İctimaiyyət və əlaqədar qurumlar üçün faydalı olacağını nəzərə alıb yazını təqdim edirik:

 

"Vergi  məclləsinə  əlavə  dəyişikliyin  sahibkarlıq  fəaliyyətinin  və sosial  rifahın  yaxşılaşdırılması kimi qiymətləndirilməsi  mümkündür.  Bildiyimə görə,  yeni layihədə  muzdlu işlə  əlaqədar  ödəmə  mənbəyindən  tutulan  vergi məbləği əməkhaqqının  250 manata  qədər  olan hissəsinə münasibətdə   140 manat azaldılır.  Yəni 140 manat  vergidən  azad  edilən  hissə  kimi  götürülür.  Bir  qədər  əvvəl  isə  bu  məbləğ ölkə  üzrə  yaşayış  minimumu qədər , yəni 136 manat  təşkil edirdi.  

Ən çox diqqəti cəlb edən yenilik  isə sahibkarların iki  il müddətində yoxlamalardan tamamilə  azad  edilməsi  məsələsi  oldu. Mənimlə    vergi orqanlarının  bir neçə əməkdaşları bu  barədə fikir  mübadiləsi  aparsalar da, onlar belə  bir qərarın  gerçəkləşməsinə  şübhə  ilə  yanaşdıqlarını  ifadə  etdilər.  Elə  anlaşılır  ki, yoxlama  qəraralarının   dayandırılması büdcəyə  vergi daxilolmalarının  əhəmiyyətli  dərəcədə  azalmasına  şərait  yaradacaq.

Əslində  isə  belə  yanaşma  düz  deyil.  Vergilərin  ödənilməsi yoxlamalardan asılı olmamalıdır.  Bir sistem mükəmməl bir  sistem  kimi  tənzimləndiyi  halda yoxlamalara heç  bir  ehtiyac  qalmır.  Ona görə də xüsusən  vergi  yoxlamalarının  məhdudlaşdırılması  vergi ödənişlərinin  yayındırılması  kimi  qiymətləndirilməməlidir. Artıq  vergi  orqanları  iə  partnyorluq  sazişi bağlamış  vergi  ödəyiciləri  stabil  vergi  ödənişlərini  həyata  keçirirlər.  Aramsız  yoxlamalar  isə sahbkarlıq  subyektinə   yersiz  müdaxilələrin  intensivləşməsi  üçün münbit  şərait  yaradır.  Ona  görə  də yoxlamaların  qanunçuluğa  deyil,  əksinə qanunsuzluğa  daha  çox  şərait  yaratması  da  qaçılmaz  olur.

O  ki, qaldı  cərimə  və maliyyə  sanksiyalarının miqdarının  artırılmasına  bu  məsələ  bir  qədər  zidiyyətlidir.  Məncə  yeni  təklif edilmiş  cərimələrin miqdarı  iqtisadi mühitə  uyğun deyil.  Çünki  cərimələrlə  yaradılan mənbə  ödəmə qabiliyyətinə  uyğun müəyyən  edilməlidir.  Bu da normaların  tarazlığını pozmamalıdır.  Əks  təqdirdə real müflisləşmə  riskləri  problem kimi  meydana çıxacaq.  Nəticədə  rüşvətin daha sərt formasının inkişafı üçün münbit  şərait  yarada  bilər. Rüşvətin məzənnəsinin  artması  ölkə  daxilində    inflyasiyanın da  sürətlənməsinə  səbəb olur. Ona  görə  də  inzibati hüquqla  tənzimlənən  ictimai  münasibətlərin xarakterinə , xüsusiyyətlərinə  və  təyinatına  yalnız  milli psixologiyaya  əsaslanaraq yanaşma   mükəmməl  nəticələr  verə  bilər. 

Mən platformamda qanun yaradıcılığı sahəsində bu  məsələnin  nəzərə  alınmasının  vacibliyini  xüsusi  vurğulamışam.  Qanunların  sərtləşdirilməsi qanunçuluğa  deyil, əksinə   zidiyyət  və qanunların  prinsipial  şəkildə  pozulmasını  şərtləndirir. Eyni zamanda   etik mühitin tənəzzülünə və cəmiyyətin mənəvi  cəhətdən  deqrodasiyasına  şərait  yaradır". 

Əməkdaşımızla söhbətində Təşviqat kompaniyasını uğurla davam etdirdiyini deyən deputatlığa namizəd   E. Qurbanovun  verdiyi məlumata görə, seçicilərin sosial problemlərini araşdırmaq işini yenə də davam etdirib. Deputatın  vəzifə  və səlahiyyətlərini  seçicilərə  izah etməklə yanaşı qeyd edib  ki,   Əhalinin  problemlərini  ona görə  işıqlandırır  ki, əlaqədar  təşkilatlar əməli  tədbirlər  görsünlər. 

Ayın 18-də qeydə alınan problemlər bunlardır:

Şıxlinski küçəsi  ev 36, 38-də: zirzəmi su ilə doludur.

Vunq Tau 11a, 11 b: zirzəmini su basıb, su yoxdur, istilik yoxdur, kanalizasiya sularının zorzəmilərə dolması nəticəsində ərazinin sürüşümə təhlükəsi var. bina 1- həyətində isə su gəlmir.

General Şıxlinski küçəsi,1A, 1B, 30, 32 saylı evlərin sakinləri zirzəmilərinin suyla dolmasından və MİS-in yarıtmaz fəaliyyətindən narazıdırlar.

 N. Tusi 9, 11, 19,23 31: Burada da zirzəmilər su ilə doludur. Neapol 24.A istilik Çox sakinlər uşaq meydançalarının olmaması və qanunsuz tikililərin həmin əraziləri zəbt etməsindən şikayətlidirlər.

General Mehmandarov: 52 , 54 saylı binaların  həyətlərində  su yoxdur buna  görə yaşıllıqların məhv olması təhlükəsi mövcuddur , 48 ”“ də  zirzəmidə isə ,50 saylı evdə kanalizasiya lyuku yoxdur və zirzəmini su basır. və.s

 Elçin Qurbanovun seçki platformasını bu videoda izləyə bilərsiniz:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO