
- A-
- A
- A+
Ekskluziv
06:45 / 15.05.2023
2 dəq oxunma
"Halal ruzi axtarın. Ruzinin gecikməsi sizi onu Allaha asiliklə əldə etməyə vadar etməsin..."
Hazırda oxunan: "Halal ruzi axtarın. Ruzinin gecikməsi sizi onu Allaha asiliklə əldə etməyə vadar etməsin..."
636898
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Həqiqətən, Allah yanında olanı (Allahın nemətlərini) yalnız Ona itaət etməklə əldə etmək olar“.
Məxluqa fayda verən hər bir şey ruzi adlanır. Ruzini yaradan və bəndələrinə bəxş edən yalnız Allahdır. O, ruzini hər kəsə - həm sevdiyinə, həm də sevmədiyinə, həm güclüyə, həm də zəif olana verir. Uca Allah buyurur:
“Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)” (Hud, 6).

Zəfər və ruzi zəiflərə görə bəxş edilir...
Rəvayət edilir ki, Musab ibn Səd demişdir: “Səd ibn Əbu Vəqqas cəsur, həm də dövlətli olduğundan özünün başqalarından üstün olduğunu güman edirdi. Onda Peyğəmbər - sallallahu aleyhi və səlləm - dedi: “Məgər sizə aranızdakı zəiflərin (duaları sayəsində) zəfər və ruzi bəxş edilmirmi?!” (əl-Buxari, 2896)
Ruzinin artmasına nə səbəb olur?..
Allah Elçisi demişdir: “Qoy ruzisinin çoxalmasını və ömrünün uzadılmasını istəyən kimsə, qohumluq əlaqələrini möhkəmləndirsin”. (əl-Buxari “Ədəbul-Mufrad” 56).
Halal ruzi axtarın!..
Rəvayət edilir ki, Huzeyfə demişdir: “Peyğəmbər ayağa qalxaraq insanları çağırıb dedi: “Mənə tərəf gəlin!” Onlar Peyğəmbərə yaxınlaşıb oturdular. O buyurdu: “Bu, aləmlərin Rəbbinin elçisi Cəbraildir, mənə vəhy etdi ki, heç bir kəs ruzisi tamamlanmamış ölməz, hətta geciksə belə. Allahdan qorxun və ruzi axtardıqda halalını axtarın. Ruzinin gecikməsi onu Allaha asiliklə əldə etməyə sizi vadar etməsin. Həqiqətən, Allah yanında olanı (Allahın nemətlərini) yalnız Ona itaət etməklə əldə etmək olar“.
Zikr.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün



























































































