
- A-
- A
- A+
Ekskluziv
20:43 / 03.05.2023
2 dəq oxunma
Ukraynalılar radarlar üçün görünməz olacaq quşabənzər unikal "Sirko" dronu istehsal etdi...
Hazırda oxunan: Ukraynalılar radarlar üçün görünməz olacaq quşabənzər unikal "Sirko" dronu istehsal etdi...
632506
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
"Yeni kəşfiyyat dronu düşmənin elektron mübarizə vasitələri üçün əlçatmaz olacaq və ya quş kimi qəbul ediləcək..."
"Sirko"nun ölçüsü 93 sm, çəkisi 1, 37 kq, havada 1, 5 saat qala bilir, min metr hündürlükdə 130-140 km məsafə qət edə bilir..."
Bu gün Xarkovda hərəkətsiz qanadları olan təyyarə tipli taktiki kəşfiyyat dronunun prezentasiyası keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın "Vostok" Hava Komandanlığı "Facebook" səhifəsində məlumat yayıb. Məlumatı "dzen.ru" nəşri yayıb.
"Skyassist" elmi-istehsalat şirkəti müşahidə şurasının sədri İqor Kriniçkonun dediyinə görə, bu, müəssisənin ilk məhsuludur.
Kriniçkonun sözlərinə görə, "Sirko" kəşfiyyat məlumatlarını toplayacaq, operatorla 30 km məsafəyədək dayanıqlı videoəlaqəni təmin edəcək, onlayn rejimdə isə 50 km-dək işləyəcək.
Qeyd edilir ki, "Sirko"nun ölçüsü 93 sm təşkil edir, çox yüngül PUA hesab edilir, çünki çəkisi cəmi 1, 37 kq-dır. Akkumulyatorun yükü təxminən min metr hündürlükdə 130-140 km məsafə qət edilməsinə yetərlidir.
İstehsalçıların sözlərinə görə, PUA havada 1,5 saat qala bilər, bu da hava şəraitindən asılıdır, güclü külək zamanı bu vaxt azalır.
"Sirko"nun həmçinin 4K-kameraları var və onlayn rejimində operatorun bortuna videoyazı ötürür, oflayn rejimində iş zamanı isə PUA bütün məlumatları kameraya yazır. O, həmçinin qabaqcadan müəyyən edilmiş marşrutla da uça bilər.
Konstruktorların sözlərinə görə, uçuş aparatının özü tamamilə "radioşəffaf" polimer materialdan hazırlanıb, radiosəssiz rejimdə "düşmənin elektron mübarizə vasitələri üçün əlçatmazdır və ya quş kimi qəbul edilir".
İstehsalçılar qeyd edir ki, "Sirko" digər bəlli PUA-lardan həm də onunla fərqlənir ki, onun operatorları onu sığınacaqdan, məsələn, blindajdan insanın olduğu yerdən müəyyən məsafədə antena və siqnal dirəyini yerləşdirməklə idarə edə biləcək.
O cümlədən, Kriniçkonun sözlərinə görə, hərbçilər arasında populyar olan "Mavic" PUA-sı yalnız əl ilə idarə edilir, onun idarəetmə düymələri radiodalğalar buraxır, onlar düşməni hədəfə alır.
"Yəni təhlükəsizlik mülahizələrinə görə operator yerdə qısa zaman ola bilər, PUA-nın marşrutu isə uzun müddətli olmur.
Bizim kompleks isə operatorun işini uzadır, həmçinin düşmənin radio-elektron mübarizə sistemi stansiyanın işini qeydə alıb və bu istiqamətdə atəş açan zaman onun həyatını xilas edə bilir", - o, izah edib.
"Sirko"nu idarə edilməsini iki-üç həftəyə mənimsəmək olar, operatorlar məktəbi isə bilavasitə istehsalda yerləşir.
İstehsalçılar belə PUA-lardan ay ərzində 1000 ədəd istehsal edə bilər. PUA-nın stansiyasız qiyməti 3 min dollar, yerüstü stansiyası ilə birlikdə 9 min dollar təşkil edir", - Kriniçko məlumat verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən

































































































