"Bu bomba dəmir-beton sığınacaqları və komanda məntəqələrinin xüsusi möhkəm hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub..."
Rusiyanın Hərbi-Kosmik Qüvvələri (HKQ) ilk dəfə olaraq Ukraynada yeni və kifayət qədər təhlükəli silah-çəkisi 1500 kq olan idarəedilən planlaşdırılan УПАБ-1500В( indeks К029Б) bombalardan istifadə edib.
İlk dəfə bu növ döyüş sursatlarından bir neçə həftə öncə Çerniqov vilayətində obyektlərin birinə qarşı istifadə edilməsi qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə USQ-də öz mənbələrinə istinadən "Defence Express" hərbi nəşri məlumat verib.
"Bombanın qalıqlarının birində məhz "УПАБ-1500В"-yə uyğun olan nişanlar olub, - nəşr yazıb və qeyd edib ki, ilk dəfə olaraq bu uzun müddət havada qala bilən döyüş sursatı ilk dəfə olaraq 2019-cu ildə К02БЭ indekslə ixrac versiyasında nümayiş etdirilib.
Həmçinin bəlli olub ki, bu bomba sınaqdan keçirilib və Rusiyanın HKQ-nə silahlanmaya götürülüb.
"УПАБ-1500В" "Taktiki raket silahlanması" korporasiyasından "Region" Dövlət Elmi-İstehsalat Müəssisəsi" tərəfindən istehsal edilib.
Bomba gücləndirilmiş dəmir-beton sığınacaqlarının və komanda məntəqələrinin yerüstü və suüstü kiçik ölçülü möhkəm və xüsusi möhkəm hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub.
Bomba hədəfdən 40 km aralıdan atıla bilər, bunun üçün daşıyıcı 14 km hündürlüyə qalxmalıdır. İnersiya-peyk yönləndirici sistemdən istifadə edilir.
"Eyni zamanda, Rusiya tərəfindən planlaşdırılan bombadan istifadə edilməsi tək-tək hallarda baş verir.
Uzaq məsafəyə təmin edilməsi xeyli hündürlükdə uçuş tələb edir, bu da hədəflərin aşkar edilməsi və daşıyıcının məhv etmə imkanlarını asanlaşdırır.
Ona görə də mümkündür ki, martın 3-də Yenakiyevoda vurulan Su-34 bombardmançı təyyarəsi məhz belə döyüş sursatları ilə uçuşu həyata keçirib", - "Defence Express" yazıb.






























































































