"O, özünün siyasi fobiyalarını başqalarının üzərinə yönəltməklə məşğuldur..."
"Haydı, tez olun, qərar verin, mən hələ ki, sağam...Daha çox silah verin, para verin, düşmənimiz məkrli və təhlükəlidir..."
"Qərb loğmanları 404 nömrəli palatanın pasiyentini ziyarət edir, ona pul, silah və söz iynəsi vuraraq cəfəng vəziyyətini daha da stimullaşdırır..."
Dmitri Medvedev psixoloq rolunda çıxış edib və "yaşıl paltarlı pasiyentə " "diaqnoz" qoyub...
Rusiyanın eks-prezidenti, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev psixoloq rolunda çıxış edib. Kremlin sabiq sahibi Vladimir Zelenskiyə "diaqnoz" qoyub.
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb.
O, Zelenskini özünün siyasi fobiyalarını başqalarını üzərinə yönəltməklə məşğul olan "yaşıl yağlı idman köynəkli gülməli fiqur" adlandırıb.
Rusiyanın sabiq prezidentini bu nəticəyə sövq edən Ukrayna prezidentinin Vladimir Putinlə danışıqlardan imtina etməsi olub.
Zelenski Rusiya prezidenti ilə təmasda olmamaq istəyini onunla izah edib ki, Kremldə kimin qərar verdiyi, əslində, aydın deyil.
Görünür, Zelenskinin Rusiya liderinə qarşı belə basqısı Medvedevin xətrinə dəyib. O, Ukrayna liderini subyektliliyin olmamasında ittiham edib.
"Bu varlıq hətta təlxək də deyil, sadəcə, sirkdə təlimçinin ayaqları altında onun çəpiklərinə hürən itdir", - Medvedev Zelenskiyə növbəti qiymət verib.
Onun sözlərinə görə, Ukrayna lideri belə bəyanatlarla "konkret" məqsəd daşıyır, bu da "yeni sədəqələri əsaslandırmaqdır".
"Haydı, tez olun, qərar verin. Mən hələ ki, sağam və ətrafda hər şeyə nəzarət edirəm. Yenə silah verin, para verin, daha da çox verin, axı, düşmənimiz anlaşılan deyil, məkrli və təhlükəlidir. Amma mən düşmənə təslim olmayacağam, mən çox-çox güclüyəm, heç bir danışıqdan, heç bir təmasdan söhbət gedə bilməz. Ümumiyyətlə, düşmən artıq məndən qorxur", - Medvedev Zelenskinin yerinə güman edib.
Təhlükəsizlik Şurası katibinin müavini özünütənqid ruhunda öz mülahizələrini "cəfəngiyyat" adlandıb. Lakin əlavə edib ki, Zelenski, yəni "yaşıl maykada olan xəyalpərəst varlıq", özü bu cəfəngiyyata inanır.
"Üstəlik, bu cəfəngiyyata Qərb loğmanları hər vasitə ilə dəstək verir, müntəzəm olaraq xəstənin yaşadığı yerə baş çəkir. Onlar 404 nömrəli palatanın pasiyentinə pul, silah və söz "iynələri vurur", onun cəfəng vəziyyətini stimullaşdırırlar", - Medvedev hesab edir.
Medvedev sonda Zelenskiyə növbəti qiymət verərək, onu "hər şeydən öncə, qaynar hormonların, küçə avaralarının və filin səbri sayəsində özünün qeyri-adi gücü və fədakar cəsurluğu ilə əsrlər boyu məhşurlaşan" "əfsanəvi Alabaşla" müqayisə edib.




































































































