Rusiyadan bir gündə Ukraynaya ikinci raket hücumu: 5 nəfər həlak oldu, 40 adam yaralandı

Rusiyadan bir gündə Ukraynaya ikinci raket hücumu: 5 nəfər həlak oldu, 40 adam yaralandı

Hazırda oxunan: Rusiyadan bir gündə Ukraynaya ikinci raket hücumu: 5 nəfər həlak oldu, 40 adam yaralandı
586166
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
 Ukrayna ərazisinin bir gündə ikinci dəfə Rusiyanın raket hücumuna məruz qalması Dneprdə faciə yaşadıb
 
"Raket zərbələrindən ən çox ziyan Dneprə dəyib, raket 9 mərtəbəli yaşayış binasına düşüb, evin girişi tamamilə çöküb..."
 
"Faciə yerindən dəhşətli videokardlar üzə çıxıb, dağıntılar altında insanların qışqırığı eşidilir..."
 
"Rusiyanın təbliğatçı kanalları riyakarcasına evin dağılmasını HHM raketinin düşməsi və ya qaz partlaması nəticəsində baş verdiyini iddia edir..."
 
Rusiya bir gündə Ukraynanı ikinci raket hücumuna məruz qoyub. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Amerikanın Səsi" radiosu məlumat yayıb.
 
Bütün ölkə boyunca təxminən yerli vaxtla saat 15-də həyəcan siqnalı eşidilib.
 
Bir qədər sonra Nikolayev, Odessa, Xmelnitski, Ternopol, Dnepropetrovsk, Lvov, İvano-Frankovsk və Volın vilayətlərində, habelə Krivoy Roqda HHM sistemləri işə düşüb.
 
Rusiya raketlərinin bir hissəsi hədəflərə çatıb. 
 
Xarkov və Lvov vilayətlərində hər birində iki raket kritik infrastrukturu obyektlərinə düşüb. Bir raket İvano-Frankovsk vilayətində yerləşən energetika obyektinə düşüb.
 
Odessa vilayətində də hədəflərə düşmə halları qeydə alınıb. Raketlərdən birinin qalıqları Moldova ərazisinə düşüb.
 
Lakin ən böyük ziyan Dneprə dəyib. Raket 9 mərtəbəli yaşayış binasına düşüb. Nəticədə evin girişi tamamilə çöküb.
 
Sosial şəbəkələrdə faciə yerindən dəhşətli videokadrlar üzə çıxıb, dağıntılar altında insanların qışqırıqlarını eşidilir.
 
Raketin düşdüyü rayonda elektrik enerjisi və digər həyati təminatı sistemləri tamamilə kəsilib. 
 
Dağıntılardan təmizləmə işləri aparılır. Hazırda 5 nəfərin həlak olduğu, 39 nəfərin yaralandığı bəlli olub.
 
Rusiyanın təbliğat kanalları evin dağılmasının HHM raketinin düşməsi və ya qaz partlaması, habelə Ukraynanın "əksraketi"nin düşməsi nəticəsində baş verdiyini "müəyyən etməyə" macal tapıb.
 
Bloger Anatoli Nesmiyan bu mövzu ilə bağlı istehza edib:
 
"Bütöv bir girişin çökməsi üçün bu qədər partlayıcı maddələrin olduğu əksraketlər hava hücumundan müdafiədə, əlbəttə ki, yenilikdir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO