Moskvada COVID-19-a qarşı peyvəndləmə prosesi başlandı

Moskvada COVID-19-a qarşı peyvəndləmə prosesi başlandı

Hazırda oxunan: Moskvada COVID-19-a qarşı peyvəndləmə prosesi başlandı

4310

Moskva şəhərinin meri Sergey Sobyanin COVID-19-a qarşı aşılama prosesinin başladığını elan edib.

Bizim.Media xəbər verir ki, aşılama prosesi başlanan ilk  5 saat ərzində artıq peyvənd üçün beş min nəfər qeydiyyatdan keçib.

Bu barədə şəhərin meri şəxsi bloqunda məlumat verib.

“Covid əleyhinə kompleks peyvəndləmə prosesi başlayıb. İlk beş saat ərzində 5000 nəfər peyvənd üçün müraciət edib. Onlar ən çox sağlamlığını və həyatını riskə atanlardır ”,- deyə o, qeyd edib.

Onun sözlərinə görə, müraciət edənlər müəllimlər, həkimlər, və sosial işçilərdir.
Şəhər rəhbərliyi 2021-ci ilin əvvəlinə qədər Moskvada 170 peyvəndləmə məntəqəsi açmağı planlaşdırır.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO