COVİD-lə diqqətli ol, ƏSGƏRLƏRİ DÜŞÜN!

COVİD-lə diqqətli ol, ƏSGƏRLƏRİ DÜŞÜN!

Hazırda oxunan: COVİD-lə diqqətli ol, ƏSGƏRLƏRİ DÜŞÜN!

1555

Koronavirus infeksiyasına yoluxma hallarının sürətli artımı göstərir ki, hər bir vətəndaşın sosial məsuliyyətinin artırılmasına ehtiyac var.

TƏBİB-in Yoluxucu Xəstəliklər üzrə İşçi Qrupunun  rəhbəri Vasif Əliyev Bizim.Media-ya müsahibəsində bildirib ki, sosial məsuliyyət vətəndaşlardan çox şey tələb etmir:

“Zərurət olmadığı hallarda insan kütləsi çox olan yerlərə getməmək, maskadan doğru istifadə etmək, burun nahiyəsini açıq qoymamaq, xüsusilə də qapalı məkanlarda. Sosial məsafə saxlamaq və insanları bu qaydalara əməl etməyə çağırmaq lazımdır. Görüşərkən öpüşmək, əl tutmaq kimi vərdişləri tərgitməliyik. Hər bir insana virus daşıyıcısı kimi baxmaq lazımdır”.

TƏBİB rəsmisi deyir ki, insanlar anlamalıdır ki, biz iki cəbhədə döyüşürük. Gözə görünməz düşməni bir an diqqətdən buraxmaq olmaz:

“Ordumuzu düşünməliyik. Viruslu xəstələrin sayı artdıqca xəstəxanalarda yer, həkim çatışmazlığı yaranar. Bu da yaralı əsgərlərimizin müalicəsində problemlər yarada bilər. Digər tərəfdən də döyüşən əsgər xəstələnən yaxınlarının da fikrini çəkməli olacaq”.

Aktiv koronavirus xəstələrinin üzərinə ikiqat məsuliyyət düşür. Bu xəstələrin test nəticələri pozitiv çıxdıqda TƏBİB tərəfindən əməl etməli olduqları qaydalar barədə ismarıc gəlir və bayıra çıxmaq qadağası qoyulur.

Koronavirus xəstəliyini heç bir əlamət olmadan keçirən insan belə 14 gün ərzində izolyasiya olunmalıdır. Test cavabı hazır olana qədər bu şəxslər özlərini ətrafdakılardan təcrid etməlidirlər.

Təranə Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO