Heydər Oğuz: “Sanmayın, tək Qarabağ bölgəmiz işğal olunub”    -VİDEO

Heydər Oğuz: “Sanmayın, tək Qarabağ bölgəmiz işğal olunub” -VİDEO

Hazırda oxunan: Heydər Oğuz: “Sanmayın, tək Qarabağ bölgəmiz işğal olunub” -VİDEO

36755
Moderator.az əsasən satirik şeirləriylə tanıdığımız jurnalist-publisist Heydər Oğuzun 2003-ci il prezident seçkiləri zamanı yaşanan polis-vətəndaş qarşıdurmasına həsr etdiyi şeirini təqdim edir: Sanmayın, tək Qarabağ bölgəmiz işğal olunub. Naxçıvandan Bakıya ölkəmiz işğal olunub. Danışan başda dərin iz buraxırkən dəyənək Siz deyin, ölkəmizin vardı mı gerçək hüququ? Fikrini söyləməyə haqqı da çatmırsa, demək Zülmə baş əyməyə var, susmağa var tək hüququ. Yenicə tikdiyimiz tingəmiz işğal olunub. Sanmayın, tək Qarabağ bolgəmiz işğal olunub. Seçə bilmirsək əgər məclisə gerçək vəkili, Hansı haqdan danışıb söz deməyə var üzümüz? Kim ağız açsa həmin an kəsilir bizdə dili, Xaricin lütfünə, əfsus ki, dikilmiş gözümüz. Milli məclisə gedən döngəmiz işğal olunub. Sanmayın, tək Qarabağ bölgəmiz işğal olunub. İtirib dərsə gedib dərs oxumaq haqlarını, İtirib körpə fidan qızlarımız məktəbini. Qoruyur təkcə corablar toxumaq haqlarını, Ya da erkən ərə getmək üçün özlər kəbini. Mədəni haqlarımız, ilkəmiz işğal olunub. Sanmayın, tək Qarabağ bölgəmiz işğal olunub. Millətin ruhu əlindən alınıb işrət ilə, Qalmayıb düşmənə yumruq vuracaq qüdrətimiz. Talanır sərvətimiz, məhv olunur rüşvət ilə Sovrulur göylərə düşmən malı tək dövlətimiz . Varımız- dövlətimiz, sikkəmiz işğal olunub. Sanmayın, tək Qarabağ bölgəmiz işğal olunub. Neçə müddətdi ki, həsrətdi müəzzin səsinə, Nizə tək göylərə sancılmış olan minbərimiz. Dinimiz çünkü qalıbdır diniyox öhdəsinə, Görəsən əfv edəcək mi bizi peyğəmbərimiz? Camimiz, minbərimiz, təkkəmiz işğal olunub. Sanmayın, tək Qarabağ bölgəmiz işğal olunub. Naxçıvandan Bakıya ölkəmiz işğal olunub.

Çat Danışığı Bitdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO