Məhəmməd Əmin Rəsulzadənin “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində də xüsusi olaraq vurğuladığı Gültəkin imzalı şair uzun müddət arxivlərdə sirr kimi saxlanılıb. Məşhur Gültəkin imzasının Əmin Abidə məxsus olmasını sübuta yetirmək üçün araşdırmaçılar uzun müddət çalışıb. Onlardan biri də hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda çalışan filoloq alim Əli Şamildir. Əli Şamil həm onun nakam həyatı, həm də gizli qalan yaradıcılığı barəsində xeyli sirləri ortaya çıxarıb. Onlardan biri də budur ki, hələ 1928-29-cu illərdə Əmin Abidin Dədə Qorqud haqqında fundamental sanballı araşdırmaları olub. Amma Azərbaycan ədəbiyyatşünaslığında Dədə Qorqud haqqında ilk araşdırmalar 1939-cu ildə akademik Həmid Araslıya aid edilir. Bu fakt həm də onun göstəricisidir ki, Əmin Abidxa0 Azərbaycan ədəbiyyatında Dədə Qorqudun ilk araşdırmaçısı olub.
Ana tərəfdən böyük Rəsulzadəyə qohum olan Əmin Abid həm də məşhur şair Əliabbas Müznibin qardaşı idi. Araba düzəltməklə məşğul olan Müznib sonradan Bakının ən talantlı şairi və naşirlərindən biri olub. Əmin Abidin də püxtələşməsində böyük qardaşının rolu az olmayıb. Əmin Abid hələ gənc ikən “Dirilik”, “Babayi əmir” jurnalllarında onunla birlikdə çalışıb. Bütün bunlar fiziki cəhətdən zəif olmasına baxmayaraq, iradə baxımından yüksək səviyyədə formalşan Əmin Abidi ən üsyankar istiqlal şairi kimi formalaşdırıb.xa0
Moderator.az xəbər verir ki, Əmin Abid hələ o zamanlar Azərbaycan Xalq Cümhuriyyətinin asdığı üçrəngli bayrağın bir gün yenə də formalaşacağını ürəkləı qeyd edirdi.xa0
Əmin Abid birinci dəfə oxumaq üçün Türkiyəyə gedəndə darülfünun yoldaşı Nafiyə xanımla tanış olur və onların arasında böyük eşq münasibəti yaranır.xa0 Münasibətlər sonradan evliliyə çevrilir və əslən yunan qızı olan Nafiyə xanım Əmin Abidin ömrünün sonuna qədər ona sadiq qalır. Sonda 1937-ci ildə onun kimi sürgün olunur. Amma güllələnmir, məüyyən tədbirlərdən sonra Türkiyəyə gətirilir və ömrünü orada başa vurur.

Amma kütləvi cəzaya məruz qalmazdan qabaq Əmin Abid ikinci dəfə Türkiyəyə yollanır və orada Azərbaycan ədəbiyyat tarixi, eləcə də folklorşünaslığına aid sanballı əsərlər yazır. İlk dəfə “Oğuznamələr”dən bəhs edir, Füzulinin “Söhbətül Əsmar” alleqorik əsərini ilk dəfə o, meydana çıxarır. Amma onun Türkiyədən Bakıya qayıtmaxa0 səbəbini isə dəqiq məlum olmur. Araşdırmaçısı Əli Şamil bu haqda danışır:
“Mənə elə gəlir ki, onları mühacir təşkilatı Bakıya göndərmişdi. Gəlməyə bilməzdilər. Məhəmməd Əmin Rəsulzadə belə məsləhət bilibsə, gəlməliydilər. Onu Bakıda yaxşı qarşılayırlar. Darülmüəllimdə dərs verdilər. Pedaqoji texnikumda, universitetdə dərs deməyə başladı, Tədqiq Tətəbbö Cəmiyyətində işlədi. Ona Azərbaycan ədəbiyyatı tarixini yazmağı tapşırdılar. “Kommunist” qəzetində məqalələri çap olunmağa başladı. “Oğuznamə” ilə bağlı mühazirələr oxudu. “KQB” gördü ki, bunun dedikləri Sovet Hökumətinin istədiyi şey deyil... O, türkçülükdən, milli məsələdən, “Oğuznamə”dən danışırdı, onlarasa şüarlar söyləyən, mədhiyyələr oxuyan adamlar lazım idi.
1929-cu ildə Əmin Abidin adı ilk dəfə “qara siyahı”ya düşdü. Əmin Abidin Nigar Rəfibəyliyə bəzi hekayələrini oxutdurduğu, tələbələrə Türkiyədən gətirdiyi milli hisslər aşılayan jurnallar verdiyi, millətçi iş apardığı “KQB”nin arayışlarında əksini tapıb. 1929-cu ildə tələbələrin gizli “Gənc Azər” təşkilatının üzvləri həbs ediləndə Əmin Abidin də adı istintaqda millətçi kimi hallanıb. Əmin Abidi Bakıdan uzaqlaşdırıb, rayonlarda işləməyə - orta məktəblərdə, texnikumlarda dərs deməyə göndərirlər. Bunun adı sürgün idi. Qubada, Ağdamda, Ağdaşda, Kürdəmirdə işləyir, amma elmi yaradıcılığından da qalmır.
Əmin Abid tutulandan sonra Nafiyə xanım da Türkiyəyə qayıtmaq istəyir. Batumdan viza almaq istərkən, onu da tuturlar. Əmin Abid 1938-ci ilin iyulun 14-də casusluqda suçlandırılaraq həbs edilir və... 3 ay sonra oktyabrın 21-də saat 21:30-da güllələnir”.xa0
Elmin Nuri




































































































