Son zamanlar ölkəmizdə tənqidi janrda yazılan şeirlər və yazılar demək olar ki, yox səviyyəsindədir. Bu tip yazılar yazan şair və publisistlər nədənsə qələmlərinə güc vermirlər. Bəs bunun səbəbi nədir?
Tənqidi janrda yazdığı şeirləri ilə cəmiyyətdə tanınan, hal-hazırda mühacir həyatı yaşayan şair Mirzə Sakit Moderator.az-a açıqlamasında bunu əksər media qurumlarının müstəqil fəaliyyət göstərə bilməməsi ilə izah edib:
“Əksər media qurumları müstəqil formada fəaliyyət göstərə bilmir. Müstəqil olmayan mediada isə açıq şəkildə tənqidi nəsə yazmaq müşkül məsələdir. Həm də indi bu tip yazarlar bir tikə çörək axtarışına çıxıblar. Kimisə də həcvə çəkmək həvəsində deyillər.”x9d
xa0































































































