Siqaret kötüyünü yerə atanlar cərimələnəcək

Siqaret kötüyünü yerə atanlar cərimələnəcək

Hazırda oxunan: Siqaret kötüyünü yerə atanlar cərimələnəcək

98584
“Sevgililər şəhəri”x9dnin daha da təmiz və gözəl olması üçün Fransa paytaxtının hökuməti belə tədbirə əl atıb

Azərtac "Euronews" telekanalına istinadla xəbər verir ki, cərimə sistemi oktyabrın 1-dən qüvvəyə minib.
 
Şəhər administrasiyası nümayəndəsinin sözlərinə görə, Paris küçələrindən hər il 350 ton siqaret kötüyü yığılır. Onlara hər yerdə - səkilərdə, bağçalarda, çəmənlikdə və hətta uşaqların oynadığı qum meydançalarında rast gəlmək olar. Məhz bu səbəbdən hökumət Parisi sevənlərin hamısını siqaret kötüklərini yerə atmamağa çağırır.
 
Fransızlar üçün 68 avro kiçik məbləğ deyil. Bu pulla 10 qutu siqaret almaq olar. Cərimə Paris sakinlərini və qonaqları şəhəri zibilləməkdən çəkindirə bilər.
 
Bu il şəhər hökuməti Parisdə külqabı quraşdırılmış 30 min əlavə zibil qutusu yerləşdirib. Görülən tədbirlər nəinki şəhəri təmiz saxlamaq, həmçinin küçələrdən zəhərli tullantıları yığışdırmaq məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO