Məmmədyarov gürcü nazirlə görüşdü

Məmmədyarov gürcü nazirlə görüşdü

Hazırda oxunan: Məmmədyarov gürcü nazirlə görüşdü

97847
Xarici işlər naziri Elmar Məmmədyarov 28 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Georgi Kvirikaşvilli ilə görüşüb.

Moderator.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  görüşdə tərəflər Azərbaycan və Gürcüstan arasında əlaqələrin hərtərəfli inkişafının məmnunluq doğurduğunu qeyd ediblər. Dost və qonşu dövlət kimi Azərbaycan və Gürcüstan arasında olan qarşılıqlı faydalı əməkdaşlığın bütün region üçün nümunə olduğu bildirilib. Tərəflər birgə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrinin regional əməkdaşlığa, inkişaf və firavanlığa xidmət etdiyini qeyd edərək, bu layihələrin regionun nəqliyyat və enerji mənzərəsini əsaslı şəkildə dəyişdiyini vurğulayıblar.

Nazirlər tezliklə fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin yük daşımalarının artmasına, ticari-iqtisadi əlaqələrin və insanlararası təmasların inkişafına xidmət edəcəyinə əminliklərini ifadə ediblər.

Elmar Məmmədyarov Ermənistan tərəfindən atəşkəs rejiminin intensiv şəkildə pozulması, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistanın təxribatçı əməlləri, münaqişənin həlli üzrə danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi haqqında məlumat verərək, bu münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğunu vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO