63 qaçqın uşaq itdi...

63 qaçqın uşaq itdi...

Hazırda oxunan: 63 qaçqın uşaq itdi...

95873
Danimarkada Gribskv qaçqın düşərgəsində qalan 63 əfqanlı qaçqın uşağın itdiyi bildirilib. Qırmızı Xaç qaçqın uşaqların hansı məqsədlə və necə itdiklərini bilmədiklərini söyləyib.

Qırmızı Xaç bölgə sədri Caroline Madsen, yaşları 18-dən az olan qaçqın uşaqların hansı məqsədlə və necə itdiklərini bilmədiklərini ifadə edərək "biz onlara etibarlı bir mühit, isti bir yuva, yataq, sağlam yemək veririk, həbs etmirik. Bazar ertəsi çərşənbə günləri arasında gələn 63 uşaqdan ibarət olan böyük bir qrupun birdən itməsi çaşdırıcıdır. Hesab edirəm ki, Danimarkanın əvəzinə başqa bir hədəfləri var. Gələn qaçqın uşaqlarına etibarlı mühitdən ayrılmamalarını tövsiyə edirik, amma bəyənmirlərsə edəcək bir şey yoxdur" deyib.

Caroline Madsen Gribskov qaçqın düşərgəsinə gündüz gələn qaçqınların polisə aparılaraq qeydlərinin etdirildiyi, gecə gələnlərin isə ertəsi günü polisə aparılıb qeydlərinin etdirildiyini ifadə edərək, çoxunun qeydiyyat etdirmək istəmədiyini söyləyib. Caroline Madsen yetişkin olmadan Danimarkaya gələn qaçqın uşaqların itmələri vəziyyətində öz məsuliyyətlərindən çıxdığını söyləyib.


Danimarkaya Almaniya üzərindən gələn qaçqınların, bəzi şəbəkələr üçün fürsət olduğunu ifadə edən səlahiyyətlilər, immiqrant gənclərin meydana gətirdikləri şəbəkələrin də qaçqınlara kömək etdiyi görünərək böyük pullar qazanmağa başladıqları xəbərdarlığını ediblər. Polis bəzi ünvanlara edilən basqınlarda insan tacirlərinin saxlanıldığını ifadə edərək, tutulan iki nəfərin Rumıniyaya milyonlarla pul transfer etdiyinin ortaya çıxarıldığını bildirib. Digər tərəfdən ərəblərə aid internet saytlarının orta şərqli qaçqınlara, Almaniya, Danimarka və İsveç kimi ölkələrə, necə gələcəkləri və bu ölkələrdəki imkanlar haqqında rəhbərlik etdiyi ifadə edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO