"iPhone 14" TƏQDİM EDİLDİ - FOTO/VİDEO

Hazırda oxunan: "iPhone 14" TƏQDİM EDİLDİ - FOTO/VİDEO

92633

"Apple" şirkəti saniyədə 4 trilyon foto əməliyyatı apara bilən A16 prosessorlu "iPhone 14", "iPhone 14 Plus", "iPhone 14 PRO" və "iPhone 14 PRO Max" markalı smartfonlarını təqdim edib.

Bizim.Media xəbər verir ki, yeni smartfonlar iki versiyada buraxılıb: 6,1 düymlük ekranla və PRO MAX - 6,7 düym böyüdülmüş ekranla. 

"iPhone 14" əvvəlki nəsil altı nüvəli "Apple A15 Bionic" ilə eyni çipə, əsas kamera 12 meqapiksel təsvir ölçüsünə və f/1.5 diaframa malikdir.

Təqdim olunan məhsullar arasında “Apple Watch Ultra”, “Airpods Pro”, “Apple Watch Series 8” və “Apple Watch SE” də var. "AirPods Pro" sentyabrın 23-də satışa çıxarılacaq.

Qeyd edək ki, "iPhone 14" 799 dollar, "iPhone 14 Plus" 899 dollar, "iPhone 14 PRO" 999 dollar, "iPhone 14 PRO Max" isə 1099 dollara satışa çıxarılıb.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO