Moderator.az-ın verdiyi xəbərə görə, 11-ci prezident Abdullah Gül Türkiyədəki terror hadisələrinin yenidən başlamasından çox böyük kədər duyduğunu söyləyib. Koalisiya üçün Almaniya nümunəsini verən Gül, "Belə bir dövrdə Türkiyənin güclü bir hökumətə ehtiyacı var" deyib.
11-ci prezident Abdullah Gül cümə namazından sonra açıqlamalar verib.
Abdullah Gül bu ifadələri istifadə edib:
"Əsgər vətəndaş hamısının kədərini dərindən hiss edirəm hamısına Allahdan rəhmət diləyirəm. Türkiyənin bu qədər praktikadan, bu qədər təcrübədən dərs aldıqdan sonra bunları yaşayır olmasından çox böyük kədər duyuram. Bütün arzum hər kəsin böyük bir həmrəylik içərisində olması və qəti rəftar etməsidir.
1990-cı illərdə yaşananların yaşanmasının heç bir faydası olmadığı qənaətindəyəm.
Belə bir dövrdə Türkiyənin güclü bir hökumətə ehtiyacı var. Ətrafımızda bu qədər yanğın varkən içəridə də bu ağrılı vəziyyəti yaşayarkən birinci prioriteti hər kəsin güclü bir hökumət qurmağa ehtiyacı olduğunu düşünürəm.
Ən çox səs alanların oturub Almaniyada necə olur Türkiyədə də bu şəkildə güclü hökumətin qurulmasının doğru olduğu qənaətindəyəm. Terrorla mübarizə ayrı bir şeydir. Terroristlərə də fürsət verməmək lazımdır"
































































































