Serbiya "LXR", "DXR", eləcə də Ukrayna ərazisində yaranan digər yeni respublikaları tanımalıdır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu fikirləri serbiyalı siyasətçi, ekspert Vojislav Şesel səsləndirib.
O, Kosovonun müstəqilliyinin tanınması təklifinin Ali Radaya təqdim edilməsini şərh edib.
Bildirib ki, Kiyev belə bir qərar qəbul etsəydi, bu, təəccüblü olmazdı.
Onun fikrincə, Ukrayna dövlətinin mövcudluğu çox çəkmədi, ona görə də tanınma aktının heç bir əhəmiyyəti olmayacaqdı. Şesel onu da əlavə edib ki, Serb Radikal Partiyası Serbiyanın “LXR” və “DXR”, həmçinin “Cənubi Osetiya” və “Abxaziya”nın müstəqilliyinin tanınmasının tərəfdarıdır.
“Biz çalışacağıq ki, ölkəmiz indi keçmiş Ukraynanın ərazisində yeni yaranmış bütün digər respublikaları tanısın. Bunu ciddi şəkildə deyirəm”, - deyə serb siyasətçi bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:00 / 07.08.2022
Serbiya “LXR”, “DXR” və digər yeni respublikaları tanımalıdır - Serbiyalı siyasətçi
Hazırda oxunan: Serbiya “LXR”, “DXR” və digər yeni respublikaları tanımalıdır - Serbiyalı siyasətçi
Hazırda oxunan: Serbiya “LXR”, “DXR” və digər yeni respublikaları tanımalıdır - Serbiyalı siyasətçi
87394
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.