Mayk Pompeo – “Koronavirus Çin labaratoriyalarında hazırlanıb”

Mayk Pompeo – “Koronavirus Çin labaratoriyalarında hazırlanıb”

Hazırda oxunan: Mayk Pompeo – “Koronavirus Çin labaratoriyalarında hazırlanıb”

8739

Donald Tramp administrasiyası Co Baydenin işini çətinləşdirməkdə davam edir. Belə ki, bu gün ABŞ-ın dövlət katibi Mayk Pompeo koronavirusun Çinin dövlət laboratoriyalarından çıxmasını iddia edən informasiyanı paylaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə açıqlama Pompeonun ABŞ Dövlət Departamentinin saytındakı bəyanatında öz əksini tapıb.

"Bu həftə Çinə gəlmiş Ümumdünya Səhiyyə Təşkilatının araşdırma qrupunun fəaliyyətinə köməklik etmək məqsədi ilə Birləşmiş Ştatlar hökuməti bu gün 2019-cu ildə Çinin hökumət laboratoriyalarının fəaliyyəti haqqında yeni informasiyanı bölüşür", - bəyanatda deyilir.

Pompeonun sözlərinə görə, hələ 2019-cu ilin yayında Uhanın Virusologiya İnstitutunun bir neçə əməkdaşı koronavirusa oxşar hansısa virusa yoluxublar.

Həmçinin dövlət katibi bildirib ki, yarasaların RaTG13 koronavirusu SARS-COV-19-la 96% eynilik təşkil edir.

Analitiklər artıq bir neçə həftədir ki, Donald Tramp administrasiyasının 20 yanvarda keçiriləcək inaqurasiya mərasiminə qədər ABŞ siyasətinə təsir etmək cəhdləri olduğunu qeyd edir.

Daha əvvəl Yəməndəki Husi qiyamçılarının terror qruplaşması kimi tanınması və İranın Əl-Qaidəyə dəstək verməsi istiqamətində səsləndirilən fikirlər bunu sübut edirdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO