Rusiyanın neft nəqlini dayandırmasına Qazaxıstandan CAVAB - 1700 kömür vaqonu...

Rusiyanın neft nəqlini dayandırmasına Qazaxıstandan CAVAB - 1700 kömür vaqonu...

Hazırda oxunan: Rusiyanın neft nəqlini dayandırmasına Qazaxıstandan CAVAB - 1700 kömür vaqonu...

79995

Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bir sıra sərt bəyanatlar səsləndirməsindən sonra Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyub. Qərb alıcılarının sanksiyasına məruz qalan Rusiya markalı Urals ilə qarışdırmamaq üçün adının dəyişdirildiyi Qazaxıstan neftinin ixracı Novorossiysk limanında dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” nəşri yayıb.

Mənbə yazır ki, buna səbəb liman sularında İkinci Dünya Müharibəsindən qalan 50 ədəd minanın tapılmasıdır.

Tədqiqat üçün Rusiya limanına ildə 67 milyon ton neft nəql edən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) uzaq yanalma qurğularına bitişik akvatoriya bağlanıb.

Növbəti minatəmizləmə işləri iyunun 20-nə planlaşdırılıb və ayın sonuna qədər davam edə bilər.

Neftin daşınmasına məhdudiyyətlər Tokayevin Sankt-Peterburqa səfəri fonunda baş tutub, burada Qazaxıstan prezidenti Kreml üçün gözlənilməz bəyanatlar verib:
 

“Bir millətin öz müqəddəratını təyinetmə hüququ bütün dünyada reallaşsaydı, hazırda BMT-nin üzvü olan 193 dövlətin yerinə 600-dən çox ölkə meydana çıxmalı idi. Təbii ki, bu, xaosdur. Biz Tayvanı, Kosovanı, Cənubi Osetiyanı və ya Abxaziyanı tanımırıq və bu, Donetsk və Luqansk yarımdövlət ərazilərinə də aid olacaq” .


Qazaxıstan hökuməti də rəsmi Moskvanın addımına cavab olaraq ölkə ərazisində Rusiya kömürünü daşıyan 1700 vaqonun hərəkətini dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO