Britaniyada koronavirus təhlükəsi səviyyəsi aşağı salındı

Britaniyada koronavirus təhlükəsi səviyyəsi aşağı salındı

Hazırda oxunan: Britaniyada koronavirus təhlükəsi səviyyəsi aşağı salındı

75440

Böyük Britaniya hakimiyyəti koronavirus ilə bağlı təhlükə səviyyəsini dördüncü səviyyədən üçüncü səviyyəyə endirib (ümumilikdə beş səviyyədir).

Bizim.Media xəbər verir ki, bu barədə qərar İngiltərə, Şimali İrlandiya, Uels və Şotlandiyanın baş həkimləri tərəfindən elan edilib.

"Birləşmiş Krallığın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin tövsiyələri fonunda, biz [Birləşmiş Krallığın müxtəlif hissələrinin] Baş Tibb Mütəxəssiləri və İngiltərə Milli Səhiyyə Xidmətinin Baş Tibb Mütəxəssisi razılaşdıq ki, təhlükə 4-cü səviyyədən 3-cü səviyyəyə qədər aşağı salınmalıdır", - deyə qərarda qeyd olunub.
Eyni zamanda, Britaniyanın baş tibb işçiləri koronavirus infeksiyasının yeni ştammlarının, xüsusən BA.4, BA.5 və BA2.12.1-in yayılması səbəbindən yoluxanların sayının artması ehtimalı barədə xəbərdarlıq ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO