Ermənistan “kitayski”x9d silahlar alacaq

Ermənistan “kitayski”x9d silahlar alacaq

Hazırda oxunan: Ermənistan “kitayski”x9d silahlar alacaq

73830
Ermənistan Çin Xalq Respublikasından silah alacaq.

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə "Haykakan Jamanak" qəzeti çıxış edib. Nəşrin yazdığına görə, Ermənistan prezidentinin Çinə səfərinin əsas məqsədi silah alışı ilə bağlı razılıq əldə etmək idi. 

24 - 28 mart tarixlərində Çində səfəri zamanı Serj Sarkisyan əlverişli şərtlərlə bu ölkədən ucuz silah almağa cəhd edib. Ancaq aparılan danışıqlar barədə hələlik dəqiq məlumatlar verilmir. 

Nəşrin iddiasına görə, Çin türkdilli ölkələrə qarşı antipatiya bəsləyir. Məqalədə qeyd edilir ki, Çin Ermənistanın Türkiyə və Azərbaycan arasında yerləşdiyini nəzərə alaraq ucuz silah satışına müsbət reaksiya verib. 

Rusiya və digər Dünya ölkələri Azərbaycana silah satdığı üçün ittiham edən Sarkisyan rəhbərliyi indi Çindən "kitayski" silah almağa çalışır. Görünür rəsmi İrəvan ucuz silah almaqla cılız ordusunun eyibini gizlətmək istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO