Boris Consonun atası Fransa vətəndaşlığına keçdi

Boris Consonun atası Fransa vətəndaşlığına keçdi

Hazırda oxunan: Boris Consonun atası Fransa vətəndaşlığına keçdi

7093

İngiltərə Baş naziri Boris Consonun atası Stenli Conson “Brexit” prosesi yekunlaşmadan əvvəl Fransa vətəndaşlığına keçmək üçün müraciət etdiyini bildirib.

Stenli Conson Fransanın RTL radiosuna verdiyi açıqlamada "Söhbət fransız olmaqdan getmir, səhv etmirəmsə, onsuz da mən fransızam. Anam Fransada doğulub, onun anası da babası kimi tamamilə fransız idi", - deyə qeyd edib.

Xatırladaq ki, “Brexit” prosesi bu gecə yerli vaxtla 23: 00-da sona çatıb və İngiltərə rəsmi olaraq Avropa İttifaqından ayrılıb.

Artıq ingilislər qarşılıqlı müqavilələr sona çatdığı üçün Avropa İttifaqı ölkələrində daimi yaşamaq və iş icazəsi almaq hüquqlarını itiriblər.

Boris Consonun atası isə İngiltərənin Avropa İttifaqı daxilində qalmasını istədiyini qeyd edib. 80 yaşlı ata Conson 40 il əvvəl Avropa Parlamentinin üzvü vəzifəsində çalışıb və İngiltərə 1973-cü ildə Avropa İttifqına üzv olduqdan sonra Brüsseldə fəaliyyət göstərən ilk İngilis məmurlarından biri olub.

“Brexit”-in tərəfdarı və təşviqatçısı olan oğlundan fərqli olaraq Stenli Conson referendumda İngiltərənin Avropa İttifaqında qalması istiqamətində təşviqat aparmışdı.

Baş nazir Boris Conson isə “Brexit” ilə İngiltərənin "nəzarəti bərpa etdiyini" və "yeni və suveren bir millət" olduğunu qeyd edib.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO