Ukrayna məsələsində Rusiya və Türkiyənin mövqeləri üst-üstə düşmür.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Moskvada görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
Çavuşoğlu ilə Lavrovun görüşü başladı - VİDEO
“Sirr deyil ki, bu məsələdə mövqelərimiz üst-üstə düşmür, lakin biz Türkiyənin hazırkı böhrandan irəli gələn vəzifələrə obyektiv yanaşmağa çalışaraq tutduğu mövqeyi çox yüksək qiymətləndirir və böyük hörmətlə yanaşırıq”, - Lavrov bildirib.
Lavrov həmçinin qeyd edib ki, Ukraynadakı vəziyyətlə yanaşı, Çavuşoğlu ilə Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazda vəziyyətin necə olduğu barədə fikir mübadiləsi aparacaq.
Bizim.Media