Bu gün martın 6-da səhər Xarkov hava hücumundan müdafiə qüvvələri Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin bir döyüş təyyarəsini (Su-25) məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov Telegram-da yazıb.
“Təyyarənin pilotu kabinadan çıxmağı bacarıb. Silahlı Qüvvələrin ərazi üzrmüdafiə qüvvələri Milli Qvardiya və Təhlükəsizlik Xidməti ilə birlikdə onu axtarırlar. Rusiya Silahlı Qüvvələri öz hava donanmasının əhəmiyyətli bir hissəsini Xarkova göndərir.
Xarkov şəhəri üzərində düşmənin 5-7 hücum təyyarəsi və qırıcısı demək olar ki, daim eyni vaxtda şəhərin mülki əhali yaşayan məhəllələrini bombalayır”, - vilayət administrasiyasından bildiriblər.
Ukrayna hərbçiləri Qara dəniz üzərində, Odessa yaxınlığında daha bir Rusiya təyyarəsini vurublar. İnformasiyanı Odessa Vilayət Hərbi Administrasiyasının Əməliyyat Qərargahının sözçüsü Sergey Bratçuk yayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:36 / 06.03.2022
Bu gün Ukraynada 2 rus təyyarəsi vuruldu
Hazırda oxunan: Bu gün Ukraynada 2 rus təyyarəsi vuruldu
Hazırda oxunan: Bu gün Ukraynada 2 rus təyyarəsi vuruldu
63434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.