Zurabişvili ABŞ-ın hakimlərə qarşı sanksiyalarının Gürcüstanı Aİ-dən uzaqlaşdıra biləcəyindən ehtiyatlanır

Zurabişvili ABŞ-ın hakimlərə qarşı sanksiyalarının Gürcüstanı Aİ-dən uzaqlaşdıra biləcəyindən ehtiyatlanır

Hazırda oxunan: Zurabişvili ABŞ-ın hakimlərə qarşı sanksiyalarının Gürcüstanı Aİ-dən uzaqlaşdıra biləcəyindən ehtiyatlanır

621902

Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ-ın dörd gürcü hakimə qarşı sanksiyalarının ölkənin Avropa İttifaqına namizəd statusu almasına mane ola biləcəyindən narahatlığını bildirib.

Bu barədə o, ABŞ səfiri Kelli Deqnan ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.

“Təəssüf edirəm ki, bu qərarla ölkə sanksiyaya məruz qalan digər ölkələrin siyahısına daxil edilib. Bu, Gürcüstanın avropalı tərəfdaşlarından ən vacib qərarı - namizəd statusunun (Aİ üzvlüyünə dair - red.) verilməsini gözlədiyi anda baş verib. ABŞ-ın qərarının Avropada mənfi siqnal kimi qəbul ediləcəyindən ehtiyat edirəm”, - S.Zurabişvili deyib.

Gürcüstan Prezidenti vurğulayıb ki, məhkəmə sistemində mümkün korrupsiya faktlarının araşdırılması və ya Ali Ədliyyə Şurasının tərkibinə yenidən baxılması kimi əməli addımların atılması lazımdır. S.Zurabişvilinin sözlərinə görə, ABŞ-ın sanksiya qərarı cəmi 4 nəfərə aid olsa da, ölkənin nüfuzuna xələl gətirir. ““Ölkəyə etimadı bərpa etmək üçün islahatlar yolu ilə məhkəmə sistemini təkmilləşdirmək lazımdır”, - o bildirib.

Xatırladaq ki, ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü Gürcüstanın dörd hakiminin məhkəmə sədrləri və Ali Ədliyyə Şurasının üzvü kimi vəzifələrindən sui-istifadə edərək korrupsiya əməllərində iştirak etdiklərini, bununla da Gürcüstanın qanunun aliliyinə və məhkəmə sisteminə ictimai etimadı zədələdiklərini açıqlayıb və viza məhdudiyyəti tətbiq etməklə onlara qarşı sanksiya tətbiq edildiyini bildirib. Gürcüstan Xarici İşlər Nazirliyi bu qərara cavab olaraq ABŞ tərəfinin korrupsiya ilə bağlı sübut təqdim etməyəcəyi təqdirdə tətbiq edilən sanksiyaların iki ölkənin dostluq münasibətlərinə xələl gətirəcəyini bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO