ABŞ vətəndaşlarına xəbərdarlıq etdi:

ABŞ vətəndaşlarına xəbərdarlıq etdi: "Belarusu dərhal tərk edin"

Hazırda oxunan: ABŞ vətəndaşlarına xəbərdarlıq etdi: "Belarusu dərhal tərk edin"

62080

Dövlət Departamenti ABŞ vətəndaşlarını Belarusu dərhal tərk etməyə çağırıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, ABŞ-ın Belarusdakı səfirliyi "Twitter" hesabında bununla bağlı paylaşım edib:

"Dövlət Departamenti ABŞ vətəndaşlarına Belarusa səfər etməməyi tövsiyə edir və dərhal bu ölkəni tərk etməyə çağırır. Minsk hava limanı vasitəsilə müəyyən beynəlxalq istiqamətlərdə ölkəni tərk etmək olar. Litva, Latviya və Polşa ilə quru sərhədləri açıqdır və adi rejimdə işləyir", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, bu, Rusiyanın Ukraynaya hücumu səbəbindən regionda gərginliyin artması, vəziyyətin gözlənilməzliyi, hava limanları və quru sərhəd keçid məntəqələrinin fəaliyyətinin əvvəlcədən xəbərdarlıq edilmədən bağlanmaq ehtimalı ilə əlaqələndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO