Keçmiş nazir kuryer işləyir - Video

Keçmiş nazir kuryer işləyir - Video

Hazırda oxunan: Keçmiş nazir kuryer işləyir - Video
618342
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırğızıstanın keçmiş əmək və sosial inkişaf naziri Uluqbek Koçkorovun ABŞ-də kuryer işlədiyi barədə məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videolar paylaşılıb. 

Həmin videolarda keçmiş məmurun avtomobilə bağlamalar yüklədiyi görüntülər əks olunub.

Paylaşımlarda bildirilir ki, o, hazırda ABŞ-də “Amazon” şirkətində kuryer fəaliyyəti ilə məşğuldur.
Sosial mediada yayılan görüntülər geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi istənilən işin hörmətə layiq olduğunu vurğulayarkən, digərləri onun keçmiş siyasi fəaliyyətini xatırladıb.

Qeyd edək ki, Uluqbek Koçkorov 2018-ci ildə Qırğızıstanın əmək və sosial inkişaf naziri təyin olunub, daha əvvəl isə parlamentdə deputat kimi fəaliyyət göstərib. O, 2020-ci ildə vəzifəsindən azad edilib.

Məlumata görə, keçmiş nazir son illərdə ailəsi ilə birlikdə ABŞ-nin Çikaqo şəhərində yaşayır. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO