Ukraynanı tərk etmək üçün yeganə yolumuz budur - Kozırev

Ukraynanı tərk etmək üçün yeganə yolumuz budur - Kozırev

Hazırda oxunan: Ukraynanı tərk etmək üçün yeganə yolumuz budur - Kozırev

618118

Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozırev ABŞ-ın Ukrayna siyasətini yenidən nəzərdən keçirməsinin vacibliyini bildirib.

Bizim.Media xəbər verir ki, Kozırev “Newsweek” nəşrində dərc olunan məqaləsində Ukraynanın uzun illər Vaşinqton tərəfindən siyasi problem, hətta iqtisadi yük kimi qəbul olunduğunu qeyd edib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası əvvəlcə Rusiyaya istədiyi Ukrayna ərazilərinin bir hissəsini verməklə münaqişəni tez həll edə biləcəyini düşünürdü. Lakin sonradan bu yanaşma Moskvanın aldatmaları və uzanan danışıqlar prosesi ilə əvəz olunub.

Kozırev bildirib ki, Kreml bunu zəiflik əlaməti kimi qəbul edib və Ukraynanın müqavimətini nəzərə alınmalı reallıq deyil, aradan qaldırılmalı maneə kimi qiymətləndirib.

Məqalədə vurğulanır ki, Ukrayna və Rusiya 1991-ci ildə SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etsələr də, sonrakı dövrdə fərqli inkişaf yolları seçiblər. Müəllifin fikrincə, Ukrayna demokratik inkişaf istiqamətində irəlilədiyi halda, Rusiya yenidən avtoritar idarəetməyə qayıdıb.

Kozırev hesab edir ki, demokratik və Avropaya inteqrasiya olunmuş Ukrayna Kreml üçün ciddi ideoloji təhlükə yaradır. Çünki bu, postsovet məkanında azad və demokratik inkişafın mümkün olduğunu göstərir.

Keçmiş nazir qeyd edib ki, Avropa ölkələri artıq Ukraynanın müdafiəsi və bərpası üçün 100 milyard dollardan çox vəsait ayırıblar ki, bu da son illərdə ABŞ-ın göstərdiyi yardımla müqayisə oluna bilər.

O vurğulayıb ki, Ukrayna təkcə müdafiə olunmaqla kifayətlənməyib, həm də pilotsuz uçuş aparatları, elektron müharibə və döyüş texnologiyaları sahəsində mühüm yeniliklərə imza ataraq Qərbin təhlükəsizliyinə töhfə verən ölkəyə çevrilir.

Kozırev Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müəyyən təsir göstərdiyini, lakin müharibəni dayandırmaq üçün kifayət etmədiyini bildirib. Onun fikrincə, Kremlin geri çəkilməsinə nail olmağın yeganə real yolu Ukraynanın qələbəsidir.

Məqalədə nüvə eskalasiyası ilə bağlı narahatlıqlara da toxunulub. Müəllif hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin sərt siyasətçi olsa da, intihar xarakterli addımlar atacaq qədər riskli davranmayacaq.

Kozırev ABŞ-ı Ukraynaya daha qətiyyətli dəstək verməyə çağıraraq bildirib ki, Vaşinqton Kiyevi asılı tərəf kimi deyil, Avropanın təhlükəsizliyinin ön xəttində yerləşən gələcək strateji tərəfdaş kimi qiymətləndirməlidir.

Onun sözlərinə görə, ABŞ İkinci Dünya müharibəsindən sonra Avropa və Yaponiyanın bərpasına dəstək verməklə bunu uğurla həyata keçirib və indi Ukrayna ilə bağlı da oxşar tarixi imkan qarşısındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO