Britaniya Kralı aktyora cəngavər titulu verdi – FOTO

Britaniya Kralı aktyora cəngavər titulu verdi – FOTO

Hazırda oxunan: Britaniya Kralı aktyora cəngavər titulu verdi – FOTO

616962

Məşhur britaniyalı aktyor Idris Elba Vindzor qəsrində keçirilən rəsmi mərasimdə kral Çarls III tərəfindən cəngavər tituluna layiq görülüb.

Bizim.Media xəbər verir ki, “Lüter” serialı ilə tanınan aktyor gənclərlə iş və xeyriyyəçilik sahəsindəki xidmətlərinə görə təltif edilib.

Məlumata görə, İdris Elba 2022-ci ildə təhsil, gənclərin dəstəklənməsi, icmaların inkişafı və davamlı inkişaf təşəbbüsləri ilə məşğul olan fond yaradıb.

Aktyor daha əvvəl Şahzadə Fondunun dəstəyi ilə Milli Gənclər Musiqili Teatrına daxil olub. Ötən il onun kral III Çarlzla birlikdə Netflix üçün sənədli layihə üzərində işlədiyi də bildirilmişdi.

Mərasimdə həmçinin aktrisa Meera Syal, “Chuckle Brothers” duetinin üzvləri, eləcə də fiqurlu konkisürmə çempionları Jayne Torvill və Christopher Dean dövlət mükafatları ilə təltif olunublar.

Xatırladaq ki, mükafatları sənətçilərə Kral III Çarlz şəxsən təqdim edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO