Zaxarova Paşinyanın KTMT ilə bağlı bəyanatına kinayə ilə cavab verib

Zaxarova Paşinyanın KTMT ilə bağlı bəyanatına kinayə ilə cavab verib

Hazırda oxunan: Zaxarova Paşinyanın KTMT ilə bağlı bəyanatına kinayə ilə cavab verib

612585

“Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı bəyanatını görəndə Bulqakovla Stanislavskinin iki məşhur sitatı yadıma düşdü”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın “Təhlükə var ki, KTMT-Ermənistandan gedəcək” bəyanatına münasibət bildirərkən deyib.

“Mən bu bəyanatı, sitatı görəndə, başqa iki sitat yadıma düşdü: Klassiklərdən Bulqaqovun (Mixail Bulqakov-red.) “Kim kimin üstündə olub” (“kto na kom stoyal”) və Stanislavskinin (Konstantin Stansilavski) “İncəsənəti özündə sevməlisən, Özünü incəsənətdə yox”. Həqiqətən də, kim kimin üstündədir?”, Rusiya XİN sözçüsü Paşinyanın KTMT bəyanatına kinayə ilə cavab verib.

Zaxarova ötən ilin sonunda KTMT missiyasının Ermənistanda səfərdə olduğunu, erməni həmkarlarının KTMT-nin digər üzvləri üçün problemli olan tələbləri səbəbindən yekun qərar qəbul etmək olmadığını xatırladıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO