KTMT Donbasa girə bilər - Kiyevin razılığı olarsa...

KTMT Donbasa girə bilər - Kiyevin razılığı olarsa...

Hazırda oxunan: KTMT Donbasa girə bilər - Kiyevin razılığı olarsa...

0:00
0:00
60964

"Donbasdakı münaqişə zonasına KTMT sülhməramlılarının yerləşdirilməsi BMT Təhlükəsizlik Şurasının qərarı və Kiyevin razılığı ilə mümkün ola bilər".

Bizim.Media xəbər verir ki, bunu "Reuters" agentliyinə müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas deyib .

"Hipotetik olaraq, bu mümkündür, lakin bunun üçün Ukraynanın razılığı lazımdır, axı bu, onun ərazisidir, BMT Təhlükəsizlik Şurasının mandatı və həmçinin bu qərarın bütün hökumətlərimiz tərəfindən dəstəklənməsi lazımdır", - S.Zas bildirib.

KTMT-nin baş katibi əlavə edib ki, Ukraynadaxili münaqişə yalnız diplomatiya yolu ilə həll oluna bilər, lakin hazırda vəziyyət təhlükəli istiqamətdə inkişaf edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO