Rusiya və Hindistan qarşılıqlı olaraq bir-birinin ərazisinə 3 minədək hərbi qulluqçu, 10 hərbi təyyarə və 5 hərbi gəmi yerləşdirə biləcək.
Bizim.Media Rusiya KİV-ə istinadla xəbər verir ki, bu, iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsi haqqında qüvvədə olan sazişdə əksini tapıb.
Saziş həmçinin tərəflərə birgə təlim və məşqlərin keçirilməsi, humanitar yardım göstərilməsi, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması, eləcə də qarşılıqlı razılaşma əsasında digər məqsədlərlə hərbi kontingent göndərmək imkanı yaradır.
Digər tərəfin hərbi təyyarələrinin uçuşları yalnız əvvəlcədən müvafiq sorğu təqdim edildikdən sonra həyata keçiriləcək. Bu sorğu diplomatik kanallar vasitəsilə, hava məkanından və aerodrom infrastrukturundan istifadə nəzərdə tutulan tarixdən azı 14 gün əvvəl göndərilməlidir.
Hərbi gəmilərin digər dövlətin limanlarına daxil olması üçün də analoji bildiriş tələb olunur.
Sənədə görə, göndərən tərəfin hərbi gəmisinin və ya gəmilər dəstəsinin qəbul edən dövlətin limanından çıxış vaxtı barədə gəmi komandiri ən azı 24 saat əvvəl limandakı məsul dəniz rəhbərliyinə məlumat verməlidir.
Saziş 5 il müddətinə qüvvədədir və tərəflərdən heç biri onun dayandırılması niyyətini müvafiq müddətin bitməsinə ən azı 6 ay qalmış bildirməzsə, avtomatik olaraq növbəti beşillik dövrlər üçün uzadılır.
Qeyd olunur ki, saziş Rusiya ilə Hindistan arasında hərbi sahədə əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə xidmət edəcək, hər iki ölkənin hərbi gəmilərinin limanlara girişini, eləcə də hərbi təyyarələrin hava məkanından və aerodrom infrastrukturundan istifadəsini sadələşdirəcək.
Xatırladaq ki, sənəd 2025-ci il fevralın 18-də Moskvada imzalanıb və 2026-cı il yanvarın 12-də qüvvəyə minib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:55 / 18.04.2026
Hindistandan Rusiya ilə bağlı gözlənilməz qərar: Orduya əmr verildi
Hazırda oxunan: Hindistandan Rusiya ilə bağlı gözlənilməz qərar: Orduya əmr verildi
Hazırda oxunan: Hindistandan Rusiya ilə bağlı gözlənilməz qərar: Orduya əmr verildi
607810
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































