Roman Abramoviçin 13 yaşlı qızından XƏBƏR VAR - FOTO

Roman Abramoviçin 13 yaşlı qızından XƏBƏR VAR - FOTO

Hazırda oxunan: Roman Abramoviçin 13 yaşlı qızından XƏBƏR VAR - FOTO

607017

Qalereya sahibi Darya Jukova sosial şəbəkələrdə övladlarını nadir hallarda göstərən analardandır. O, paylaşım edəndə də adətən uşaqların üzünü tam göstərmir.

Roman Abramoviçlə nikahından Daryanın Aaron adlı oğlu və Leya adlı qızı var. Jukova hazırda yunan milyarder Stavros Niarxosla evlidir. Bu nikahdan da onun Viktoriya adlı qızı, Filip və Aleksandr adlı oğulları dünyaya gəlib.

Bizim.Media xəbər verir ki, bu yaxınlarda Niarxosun bacısı Yevgeniya Leyanın 13 yaşı münasibətilə keçirilən ad günündən yeni foto paylaşıb.

Şəkildə yeniyetmə qız zarafat edir, dil çıxarır və rəfiqəsi ilə birlikdə poza verir. Gecə üçün o, çiçək naxışlı ağ don seçib, otaq isə çəhrayı şarlarla bəzədilib.

Yvgeniya paylaşımında Darya Jukovanı da göstərib. Fotoda onun qucağında kiçik qızı əyləşib.
 

Abramoviçin keçmiş həyat yoldaşı vaxtaşırı kiçik övladları ilə bağlı kadrlar paylaşsa da, Leya və Aaron onun bloqunda demək olar görünmür. Daha əvvəl Darya qızı ilə tədbirə gedərkən avtomobildə çəkilmiş görüntünü yayımlamışdı. Həmin vaxt 13 yaşlı məktəbli yüngül makiyaj və zərif paltarda idi.


Ailə bir müddət əvvəl Yunanıstanda yaxtada da istirahət edib. Onlar Monako şahzadəsi Beatriçe Borromeo və dizayner Stella Makkartni ilə birlikdə bir neçə selfi də çəkdiriblər. Oğlu Aaron isə uzun müddətdir ictimaiyyətə göstərilmir.

Darya Jukovanın keçmiş həyat yoldaşı Roman Abramoviçlə əlaqə saxlayıb-saxlamadığı açıqlanmır.

Bununla belə, sosial şəbəkə istifadəçiləri hesab edir ki, cütlük boşandıqdan sonra uşaqları birgə böyütmək barədə razılığa gəlib və indi də bu qaydaya əməl edir.

Darya Jukova daha əvvəl bildirmişdi ki, onlar iki uşağın tərbiyəsində birlikdə iştirak etməyi, həmçinin Moskvadakı “Qaraj” Müasir İncəsənət Muzeyi və Sankt-Peterburqdakı “Yeni Hollandiya” mədəniyyət mərkəzi üzrə birgə işi davam etdirməyi planlaşdırırlar.

Xatırladaq ki, Roman Abramoviçlə Darya Jukova 10 il birlikdə olublar. Cütlük ictimai tədbirlərdə tez-tez görünsə də, münasibətləri və gizli toyları ilə bağlı detallar barədə açıq danışmayıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO