Bu ölkə NATO-dan çıxmaq istəyir

Bu ölkə NATO-dan çıxmaq istəyir

Hazırda oxunan: Bu ölkə NATO-dan çıxmaq istəyir
606969
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sloveniyanın Dövlət Assambleyasının (parlamentin aşağı palatası) yeni sədri, Resni.ca partiyasının lideri Zoran Stevanoviç ölkənin NATO-dan çıxması ilə bağlı referendum keçirməyi planlaşdırdığını bildirib.

Bizim.Media xəbər verir ki, o, Sloveniya Radio və Televiziyasına açıqlamasında deyib ki, bu məsələdə xalqa vəd veriblər və həmin referendumu keçirəcəklər.

Stevanoviç özünü “Rusiya yönümlü” deyil, “Sloveniya yönümlü” siyasətçi adlandırıb.
 

Onun sözlərinə görə, Sloveniya müstəqil və suveren siyasət yürütməli, bütün ölkələrlə, xüsusilə böyük dövlətlərlə əməkdaşlıq etməlidir, lakin bu əməkdaşlıq heç bir halda tabelik anlamına gəlməməlidir.


O, həmçinin ölkəsinin başqa dövlətlərin hərbi və diplomatik münaqişələrinə qarışmasının Sloveniyaya fayda vermədiyini vurğulayıb.

Bununla belə, hazırda söhbət yalnız siyasi niyyətdən gedir.

Xatırladaq ki, Stevanoviç 10 aprel 2026-cı ildə Sloveniya parlamentinin sədri seçilib və yeni parlamentin formalaşması ölkədə mürəkkəb siyasi vəziyyət yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO