Ötən gün dünyada nələr baş verib? – XRONİKA

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

Hazırda oxunan: Ötən gün dünyada nələr baş verib? – XRONİKA

606958

İsrail ordusunun hərbçisi Livanın cənubunda gedən döyüşlər zamanı ölüb.

Bizim.Media xəbər verir ki, bununla da 2023-cü il oktyabrın 7-dən - İsrail ilə HƏMAS arasında müharibənin başladığı vaxtdan indiyədək həlak olan İsrail hərbçilərinin sayı 938-ə çatıb.

ABŞ Dövlət katibi Marko Rubio aprelin 14-də İsrail və Livan arasında keçiriləcək birbaşa danışıqlarda iştirak edəcək.
 

CNN-in məlumatına görə, Vaşinqtonda baş tutacaq görüşdə ABŞ tərəfindən Dövlət Departamentinin müşaviri Nidhem və ABŞ-ın Livandakı səfiri İssa da yer alacaq. İsrail və Livan isə danışıqlarda səfirlər səviyyəsində təmsil olunacaq.


Almaniya kansleri Fridrix Merts İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı Fələstin ərazilərində baş verənlərlə bağlı narahatlığını ifadə edib.

O bildirib ki, İordan çayının qərb sahilinin de-fakto ilhaqı yolverilməzdir.

İsrailin maliyyə naziri Bezalel Smotriç isə bu bəyanata sərt reaksiya verərək bildirib ki, Berlin İsrailə “mənəvi dərs vermək” əvəzinə Almaniya adından “min dəfə üzr istəməlidir”.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonun Macarıstanın mümkün gələcək baş naziri Peter Madyarla çox yaxşı əməkdaşlıq qura biləcəyinə inandığını bildirib.

O qeyd edib ki, seçkilər ərəfəsində Macarıstana səfəri əsasən hazırkı baş nazir Viktor Orbana dəstək məqsədi daşıyıb.

Vens bunu Orbanın Avropa İttifaqı bürokratiyasına qarşı çıxmaq istəyən azsaylı Avropa liderlərindən biri olması ilə əsaslandırıb.

Vaşinqton və Tehran arasında yaxın günlərdə növbəti danışıqlar raundunun keçirilməsi cəhdləri fonunda İran və Misir xarici işlər nazirləri Abbas Əraqçi ilə Bədr Abdel Ati arasında telefon danışığı olub.

Tərəflər son regional və beynəlxalq hadisələri, eləcə də İslamabadda keçiriləcək danışıqlarla bağlı məsələləri müzakirə ediblər.

ABŞ-ın energetika naziri Rayt bildirib ki, yaxın həftələrdə neft qiymətləri pik həddə çata bilər.

Onun sözlərinə görə, tankerlər Hörmüz boğazından keçənədək neftin bahalaşması davam edə bilər.
 

İran ABŞ və İsrailin İrana qarşı apardığı müharibədə “şərik olduqları” iddiası ilə 5 ərəb ölkəsindən - Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və İordaniyadan kompensasiya tələb edib.


BMT-də İranın daimi nümayəndəsi İravani bildirib ki, bu dövlətlər beynəlxalq öhdəliklərini pozublar və “qanunsuz hərəkətləri nəticəsində vurulan bütün maddi və mənəvi zərərə görə tam kompensasiya ödəməlidirlər”.

Türkiyənin 8 vilayətində aprelin 7-də İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı saxlanılan 36 nəfərdən 18-i həbs edilib. Qalan 18 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO