16 il sonra final fiti - 2 nömrə gedir

16 il sonra final fiti - 2 nömrə gedir

Hazırda oxunan: 16 il sonra final fiti - 2 nömrə gedir
606904
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Macarıstanın Baş naziri Viktor Orban ötən gün keçirilən parlament seçkilərində müxalif Peter Madyarın liderlik etdiyi “Tisza” Partiyasına məğlub olub.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, nə az, nə çox düz 16 il sonra siyasi arenanı tərk edən Viktor Orban haqda əsas detalları təqdim edir:

1963-cü ildə Budapeşt yaxınlığındakı kiçik bir kənddə, üçuşaqlı ailədə doğulan Orban kiçik yaşlarını atasının sərt intizamı altında keçib. Hətta, bəzi mənbələrdə onun həmin dönəmlər atasından tez-tez fiziki zorakılıq gördüyü də deyilir.

16 il sonra final fiti - 2 nömrə gedir - foto 3


Maraqlısı budur ki, o, peşə fəaliyyətinə siyasət yox, futbolla başlayıb.

Yerli “Felcsut FC” klubunda 2 nömrə altında çıxış edən gənc Viktor üçün futbol siyasətdən daha öncəlikli yer kəsb edib.

16 il sonra final fiti - 2 nömrə gedir - foto 1
16 il sonra final fiti - 2 nömrə gedir - foto 2


Hətta Baş nazir olduğu ilk dönəmlərdə də peşəkar futbolçu kimi qeydiyyatdan keçməsi onun bu idman növünə olan bağlılığını müzakirə mövzusuna çevirmişdi.

16 il sonra final fiti - 2 nömrə gedir - foto 4


Bu gün barəsində ziddiyyətli fikirlər səsləndirilən Orbanın ulduzu 1989-cu ildə Budapeştin Qəhrəmanlar Meydanında parlayıb.
 

26 yaşlı hüquq tələbəsi kimi bir milyon insanın qarşısında etdiyi yeddi dəqiqəlik çıxışda sovet qoşunlarının Macarıstandan çıxarılmasını tələb etməsi onu milli qəhrəmana çevirmişdi.


Maraqlıdır ki, həmin dövrdə o, milyarder Corc Sorosun təqaüdü ilə Oksfordda liberal fəlsəfə təhsili alırdı. Lakin ölkədəki seçkilərdə iştirak etmək üçün təhsilini yarıda qoyaraq vətəninə dönmüşdü.

16 il sonra final fiti - 2 nömrə gedir - foto 5


1998-2002-ci illərdəki dördillik hakimiyyəti dövründə loyal olan Orbanın 8 il sonra təzədən geri qayıtması və 2010-cu ildən bəri hakimiyyətdəki idarəçilik üsulu beynəlxalq qurumlar tərəfindən ciddi tənqid olunurdu.

16 il sonra final fiti - 2 nömrə gedir - foto 6


Xarici siyasətdə isə Orban “iki stulda oturmaq” taktikasını seçib.

Bir tərəfdən NATO və Aİ üzvü olan Macarıstan, digər tərəfdən, Vladimir Putinlə ən yaxın münasibətlər quran Avropa ölkəsi olub.

Analitiklər hesab edir ki, o, Ukrayna müharibəsi fonunda Kiyevə yardımları əngəlləməklə Brüssellə əlaqələrinə xələl gətirsə də, tərəfdarları yanında “Macarıstanı müharibədən kənarda tutan lider” imicini qorumağa çalışırdı.

16 il sonra final fiti - 2 nömrə gedir - foto 7


Orbanın siyasətində ən diqqətçəkən məqamlardan biri də onun Türk Dövlətləri Təşkilatına (TDT) verdiyi önəmdir. Macarıstanın bu təşkilatda müşahidəçi statusu alması və Orbanın macarların qıpçaq köklərinə tez-tez vurğu etməsi Avropada təəccüblə qarşılanırdı.

Buna baxmayaraq, Orbanın türkçülüklə bağlı ifadələri, o cümlədən türk dövlətləri ilə münasibətləri Macarıstanı Aİ-də yüksək pilləyə çıxaran amillərdən biri oldu.

16 il sonra final fiti - 2 nömrə gedir - foto 8


Aprelin 12-də keçirilən seçkilər isə Orban erasının ən ağır sınağına çevrildi. İllərdir sarsılmaz görünən Orban hakimiyyəti daxildən gələn bir hücumla – Peter Madyarın rəhbərlik etdiyi müxalifətin böyük üstünlüklü qələbəsi ilə sarsıldı.
 

Siyasi şərhçilər hesab edir ki, artıq onun Rusiyayönümlü siyasətindən, beynəlxalq təcriddən və yaxın çevrəsinin hədsiz dərəcədə zənginləşdirməsindən təngə gələn xalq onun 16 illik ardıcıl hakimiyyətinə seçki qutularında son qoydu.


Əlavə edək ki, Avropada “Putinin adamı” kimi tanınan Orbanın hakimiyyətdən getməsi Rusiyanın Aİ daxilindəki təzyiq rıçaqlarına böyük zərbə kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO