Corcinadan Ronaldoya 200 minlik hədiyyə - FOTO

Corcinadan Ronaldoya 200 minlik hədiyyə - FOTO

Hazırda oxunan: Corcinadan Ronaldoya 200 minlik hədiyyə - FOTO

59051

Corcina Rodriges sevgilisi - "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldoya ad günündə avtomobil hədiyyə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Corcina instaqram hesabında paylaşım edib.

"37 yaşın mübarək, həyatımın sevgisi. Səni sonsuz sevirik. Sən Allahın bizə verə biləcəyi ən yaxşı ata və həyat yoldaşısan. Başına gələn ən gözəl şeylərə layiq olan əsl döyüşçü. Sən mükəmməl və ilham qaynağısan" - deyə, o, yazıb.

"Cadillac Escalad" markalı avtomobilin qiyməti 200 min dollardan çoxdur.

Qeyd edək ki, cütlüyün Alana Martina adlı 4 yaşlı qızı var. Ronaldonun 11 yaşlı Kriştiano adlı oğlu, Yeva və Mateo adlı əkizləri surroqat anadan dünyaya gəlib. Hazırda ikili biri qız, digəri oğlan olmaqla əkiz övladlarının dünyaya gəlməsini gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO