Yaponiya yeni nəsil peykini orbitə çıxardı

Yaponiya yeni nəsil peykini orbitə çıxardı

Hazırda oxunan: Yaponiya yeni nəsil peykini orbitə çıxardı

57386
Oktyabrın 7-də Yaponiyanın H2A raket-daşıyıcısı yeni nəsil meteoroloji süni peyki uğurla başlanğıc orbitə çıxarıb.

Yaponiyanın cənubunda yerləşən Taneqaşima kosmik mərkəzindəki buraxılış meydançasından yerli vaxtla 14:16 dəqiqədə start götürən daşıyıcı raket 28 dəqiqədən sonra “Himavari-8” (“Himavari” yapon dilindən tərcümədə günəbaxan mənasını verir) süni peykini Yerdən 260 kilometr məsafədə yerləşən başlanğıc orbitə çatdırıb. 

Peyk yerdən 36 min kilometr məsafədə yerləşən geostasionar orbitə çıxarılacaq və planlaşdırıldığı kimi, gələn ilin yayında işə başlayacaq.
“Himavari-8” müşahidə və əldə edilən məlumatların işlənməsi imkanlarına görə hazırda fəaliyyətdə olan yapon meteoroloji süni peyklərini xeyli üstələyir. Yeni süni peykdən alınacaq fotoşəkillər dəqiqliyi ilə seçiləcək və ağ-qara şəkilləri rəngli təsvirlər əvəz edəcək.

Məlumatlar isə Yerə hazırda olduğu kimi 30 dəqiqədən bir deyil, hər 10 dəqiqədən bir ötürüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO