Ukrayna aviaşirkəti Bakıya uçuşları ləğv etdi – SƏBƏB

Ukrayna aviaşirkəti Bakıya uçuşları ləğv etdi – SƏBƏB

Hazırda oxunan: Ukrayna aviaşirkəti Bakıya uçuşları ləğv etdi – SƏBƏB

53631

Ukraynanın “SkyUp” aviaşirkəti Zaporojye - Bakı - Zaporojye uçuşlarını ləğv edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.  

Məlumata görə, buna səbəb Ukrayna Dövlət Aviasiya Xidmətinin “SkyUp” aviaşirkətinin Zaporojye də daxil olmaqla, üç şəhərdən reys lisenziyasını ləğv etməsidir. 

Dövlət Aviasiya Xidməti direktorunun bununla bağlı sərəncamında deyilir ki, aviaşirkətin özü Xidmətə müvafiq ərizə ilə müraciət edib.

Beləliklə, aşağı büdcəli aviaşirkət Kiyev, Xarkov, Lvov, Odessa və Zaporojyedən uçuş hüququndan imtina etmək qərarına gəlib. 

Aviaşirkət bundan sonra Zaporojye beynəlxalq hava limanından Zaporojye - İstanbul - Zaporojye (uçuş tezliyi: həftədə dörd dəfə) reysləri üzrə uçuşları da həyata keçirə bilməyəcək.

Uçuşların ləğv olunmasının səbəbi açıqlanmır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO