Kişilərdən biabırçı hərəkətlər - İl ərzində düz 22568 nəfər...

Kişilərdən biabırçı hərəkətlər - İl ərzində düz 22568 nəfər...

Hazırda oxunan: Kişilərdən biabırçı hərəkətlər - İl ərzində düz 22568 nəfər...

53090

Qərargahı ABŞ-ın Nyu-Hempşir ştatında yerləşən Beynəlxalq Estetik Plastik Cərrahiyyə Assosiasiyası (ISAPS) 2020-ci il üçün üçün estetik cərrahiyyə ilə bağlı sorğusunu dərc edib. 

Bizim.Media xəbər verir ki, sorğu nəticəsində dünyada ən çox aparılan plastik əməliyyatların siyahısı bəlli olub.

Sorğunun nəticələrinə əsasən məlum olub ki, COVID-19 pandemiyası bütün dünyada estetik plastik cərrahiyyə prosedurlarının 10,9% azalmasına səbəb olub. 

Buna baxmayaraq, ümumilikdə, il ərzində dünyada 10 129 528 cərrahi, 14 400 347 qeyri-cərrahi əməliyyat həyata keçirilib.

2020-ci ildə dünyada ən populyar cərrahi əməliyyatların reytinqi dəyişməyib: 

1. Sinə böyütmə (bütün prosedurların 16%-i) 

2. Liposaksiya (15,1%) 

3. Göz qapağı əməliyyatı (12,1%) 

4. Rinoplastika (8,4%). 

Prosedurların sayına görə ABŞ (4667931) ilk pillədə qərarlaşıb. Sonrakı yerləri isə Braziliya (1929359), Almaniya (1157738), Yaponiya (1058198) və Türkiyə (945477) tutub.

Maraqlıdır ki, gender statistikası baxımından sinə böyütmə əməliyyatlarının 100%-i qadınlar üzərində aparılmayıb: 2020-ci ildə dünyada kişilərdə 22 568 sinə böyütmə əməliyyatı aparılıb ki, bu da bütün bu cür əməliyyatların 1,4%-ni təşkil edib. Üstəlik, 2171 kişiyə döş implantları çıxarılıb. Bu isə, bütün əməliyyatların 1%-ni təşkil edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO