Yunanıstan on il ərzində 126 türk məktəbini bağlayıb

Yunanıstan on il ərzində 126 türk məktəbini bağlayıb

Hazırda oxunan: Yunanıstan on il ərzində 126 türk məktəbini bağlayıb

51773

Milli Azlıqların Məktəblər Birliyinin rəhbəri Əhməd Kara deyib ki, 10 il ərzində Yunanıstan hakimiyyəti 126 türk məktəbini bağlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Türkiyənin “Daily Sabah” qəzetində yer alıb.

Mənbə yazır ki, Kara “Yeni Şafak” qəzetinə verdiyi müsahibədə Qərbi Trakya türklərinin son etirazının hakimiyyətin təhsil siyasətinə qarşı yönəldiyini bildirib.

Onun sözlərinə görə, Yunanıstan hakimiyyəti türklərin təhsil hüquqlarını pozmağa davam edərsə, icma məktəbləri boykot etməyə davam edəcək: “...10 il əvvəl bizdə 229 azlıq məktəbi var idisə, hazırda 103 ibtidai və iki orta məktəb var”.

Kara qeyd edib ki, Yunanıstan hakimiyyəti türklərə yeni məktəblər açmağa icazə vermir və yunan təhsil işçiləri çox vaxt övladlarının dövlət məktəblərinə getməli olduğunu söyləyərək türk valideyn və qəyyumları manipulyasiya etməyə çalışırlar. 

Həmçinin Qərbi Trakya türklərinin dərsliklərə etirazları var:

“Yunanıstan hökuməti Türkiyənin göndərdiyi yenilənmiş dərsliklərin məzmununu bəyənmədiyi üçün məktəblərdə tədris olunan dərsliklərdə yenilənmiş məlumatlar yoxdur”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO