Belarus-Polşa sərhədində miqrantların SON VƏZİYYƏTİ – VİDEO

Belarus-Polşa sərhədində miqrantların SON VƏZİYYƏTİ – VİDEO

Hazırda oxunan: Belarus-Polşa sərhədində miqrantların SON VƏZİYYƏTİ – VİDEO

46373

Belarus-Polşa sərhədində miqrantlarla bağlı dünən hansı hadisələr baş verib? Bununla bağlı Telegram kanalları informasiya toplayıb.

Bizim.Media xatırladır ki, son gün qaçqınlar Polşa ərazisinə soxulmağa cəhd ediblər. Polşa təhlükəsizlik qüvvələri su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

Belaruslu həkimlər polyakların əməllərindən əziyyət çəkən miqrantlara və jurnalistlərə yardım edib.

Miqrantların əksəriyyəti müvəqqəti düşərgəyə qayıdıb. Lakin bir neçə adam Bruzgi keçid məntəqəsində qalıb.

Belarus hökuməti bayırda soyuq olduğundan qaçqınları yerləşdirmək üçün logistika mərkəzi yaradıb. 

Minsk Polşa tərəfinə sorğu göndərərək miqrantlara və jurnalistlərə qarşı zorakılığın izahını tələb edib. Faktla bağlı araşdırmalara başlanılıb.

Polşa tərəfi 7 polis əməkdaşının yaralandığını bildirir. Varşava təhlükəsizlik qüvvələrinə hücumla bağlı iş açıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO