2014-cü ilin yalnı yanvar ayında Ermənistanı 69 384 nəfər erməni tərk edib.
Moderator.az bu məlumatı Ermənistanın “Tert.am” saytına istinadən xəbər verir. Məlumatda bildirilir ki, bu statistik rəqəmlər Ermənistanın “Zvartnots” və “Şirak” aeroportlarından əldə olunan göstəricidir. 2013-cü ildə isə Ermənistanın “Zvartnots" aeroportundan 67 567 nəfər, “Şirak” aeroportundan isə 1821 nəfər ölkəni tərk etmişdi.
Erməni saytı qeyd edir ki, ötən ilki göstəricələrlə müqayisədə 2014-cü ildə hələ ki, Ermənistanı 1667 nəfər az adam tərk edib.






































































































