Fantastik filmlərdə gördüyümüz tətbiq tezliklə istifadəyə veriləcək. “Ölüm kalkulyatoru” adlanan bu tətbiq ilə ölüm vaxtı və sağlam ömür haqqında məlumat əldə etmək mümkün olacaq.
Bizim.Media xəbər verir ki, mütəxəssislərin hazırladığı “ölüm kalkulyatoru” nə vaxt öləcəyinizi və həyatınızın nə qədər sağlam olacağını proqnozlaşdırır.
Bir çox alqoritm əsasında hazırlanan hesablayıcı sağlamlıq sığortaçıları üçün nəzərdə tutulub.
İnsanların həyat tərzlərinə və sağlamlıq tarixlərinə baxaraq uzun və sağlam bir həyat tərzi ilə bağlı tövsiyələr vermək infrastrukturuna malikdir.
Ölüm hesablayıcı pəhrizlə birlikdə idmanla da məşğul olanlara, 10 ildən çox sağlam bir həyat gətirə biləcəyini və ömrünü səkkiz ilədək artıracağını iddia edir. Hesablayıcı, kiçik dəyişikliklərin belə ömrü uzada biləcəyini təxmin edir.
Buna görə ömrü uzatmaq üçün gündə 20 dəqiqəlik idman proqramı kifayət edə bilər.
Məlumata görə, bu proqram gələn həftədən istifadəyə veriləcək. Tətbiq sosial mediada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bu hesablayıcıya inananlar da var, tənqid edənlər də.
Bizim.Media