Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunda 27 sentyabr anım günü ilə bağlı dəyirmi masa keçirilib.
Bizim.Media-nın məlumatına görə, dəyirmi masada Xarkov şəhərində fəaliyyət göstərən Azərbaycan diasporasının təmsilçiləri və ali məktəblərin müəllimləri iştirak ediblər.
Vətən müharibəsinin şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra yeni dönəmdə Azərbaycan diasporasının invormasiya savaşında sərgiləyəcəyi mövqe müzakirə edilib.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərinin investisiya potensialının Azərbaycan diasporasının və Xarkov konsulluğunun xidmət dairəsinə daxil ərazilərin sahibkarları arasında təbliğ edilməsi üçün vacib olan məsələlər barədə söhbət gedib.
Dəyirmi masada eyni zamanda ötən il silahlı hücuma məruz qalan Azərbaycanın Xarkovdakı fəxri konsulluğu ilə bağlı cinayət işinin gedişi barədə iştirakçılara ətraflı məlumat verilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:00 / 27.09.2021
Xarkovda Anım Günü ilə bağlı tədbir keçirildi
Hazırda oxunan: Xarkovda Anım Günü ilə bağlı tədbir keçirildi
Hazırda oxunan: Xarkovda Anım Günü ilə bağlı tədbir keçirildi
39126
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.