ABŞ-ın prezidenti Donald Trampın gəlini Lara Tramp 2022-ci ildə keçiriləcək Senat seçkilərinə qatılmaq istəyir.
Bizim.Media xəbər verir ki, bu barədə “New York Times” nəşri yazıb.
Belə ki, 38 yaşlı Lara Tramp siyasi karyerasına başlamaq üçün Şimali Karolina ştatını seçib.
Respublikaçı senator Riçard Berr daha əvvəl səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən seçkilərə qatılmayacağını bəyan edib.
Lara Tramp 2014-cü ildə Erik Trampla evlənib.
Daha əvvəl televiziyada prodüser, məşqçi, hətta aşbaz kimi çalışıb.
2016 və 2020-ci illərdə qayınatasının təşviqat məsləhətçisi kimi fəaliyyət göstərib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:16 / 20.11.2020
Trampın gəlini senator olmaq arzusundadır
Hazırda oxunan: Trampın gəlini senator olmaq arzusundadır
Hazırda oxunan: Trampın gəlini senator olmaq arzusundadır
3099
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.