Danimarka hökuməti su samurlarını diri-diri yandırdı

Hazırda oxunan: Danimarka hökuməti su samurlarını diri-diri yandırdı

2420

Danimarka koronavirusun mutasiyaya uğramış forması səbəbindən su samurları (mink) diri-diri yandırılıb.

Bizim.Media xəbər verir ki, barədə REN TV xəbər yayıb.

Hökumət heyvanların bəzilərində koronavirusun bu növünü aşkar etdikdən sonra 17 milyon su samurunun məhv edilməsi barədə qərar verib. Ancaq proses qeyri-humanist üsulla həyata keçirilib. Belə ki, heyvanların çoxu qaz kamerasında sağ qalıb. Bundan sonra onlar krematoriyada diri-diri yandırılıblar.

Su samurlarının öldürülməsi ilə bağlı qərarı baş nazir Mette Frederiksen verib. Lakin hüquqşünaslar və bir çox siyasətçilər qərarın qanuniliyinə öz şübhələrini ifadə ediblər. Hazırda hökumət başçısına qarşı məhkəmə prosesi hazırlanır.

Xatırladaq ki, noyabrın 5-də Danimarka hökuməti koronavirusun mutasiyaya uğramış forması səbəbindən fermalarda 17 milyon su samurunu öldürmə barədə qərar vermişdi.

Məlum olub ki, yeni növ koronavirus orqanizmin anticism istehsaletmə qabiliyyətini azaldır, bu isə COVID-19-ə qarşı peyvəndin effektivliyinə kəskin təsir göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO