SON DƏQİQƏ! Almaniya Rusiya tankerini müsadirə ETDİ

SON DƏQİQƏ! Almaniya Rusiya tankerini müsadirə ETDİ

Hazırda oxunan: SON DƏQİQƏ! Almaniya Rusiya tankerini müsadirə ETDİ

240404

Almaniya gömrüyü Rusiyanın “Eventin” tankerini göyərtəsindəki 100 min ton neftlə birlikdə müsadirə edib. 

Bizim.Media xəbər verir ki, bu barədə martın 21-də “Der Spiegel” qəzeti məlumat yayıb.
 

Tanker əvvəlcə Rügen adasından şimala doğru gedirdi. Neft sızması təhlükəsi səbəbindən o, Sassnitz şəhəri yaxınlığındakı sulara çəkilib və Sahil Mühafizəsi və Federal Polis tərəfindən nəzarətə götürülüb.


Nəşrin məlumatına görə, Almaniya hökuməti gəminin müsadirəsi barədə qərar qəbul etməzdən əvvəl gəmi ilə bundan sonra nə edəcəyi ilə bağlı fəal danışıqlar aparıb. İndi isə 40 milyon avro dəyərində neft artıq Almaniyanın mülkiyyətinə keçir.

Bundan əvvəl, yanvarın 10-da Baltik dənizində Almaniya sahillərində idarəetməni itirmiş və 99 min ton neft daşıyan Panama bayrağı altında üzən tanker aşkar edilmişdi. 

Qeyd olunub ki, ekipajın təxliyəsi tələb olunmayıb. Gəminin olduğu əraziyə isə kəşfiyyat təyyarəsi göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO