Rusiyada keçirilən futbol üzrə dünya çempionatının yarımfinal mərhələsinə start verilib. Artıq cəmi 4 komanda – Belçika, Fransa, Xorvatiya və İngiltərə - planetin bir nömrəli yığması uğrunda mübarizə aparırlar.xa0
Ümumiyyətlə, Rusiya – 2018 bir çox maraqlı məqamları, mükəmməlxa0 komanda oyunları və sürpriz nəticələri iləxa0 çox fərqləndi. Geridə qalan 60 oyunun demək olar, hamısı izləyicilərə həyəcan və futbol zövqü yarada bildi.xa0
Bu dünya çempionatı həm də bütün dünyada futbolun necə yüksək səviyyədə inişaf etdiyinə sübut oldu.
Beynəlxalq dərəcəli hakim, vaxtilə, Tovuzun “Turan” və Bakının “Neftçi” klublarının vitse-prezidenti olmuş məşhur futbol mütəxəssisi Tahir Süleymanov Moderator.az saytına açıqlamasındaxa0 Rusiya – 2018-lə bağlıxa0 maraqlı mülahizələr irəli sürüb, analizlər səsləndirib.xa0
O, əvvəlcə nəhəng yığmaların həlledici mərhələlərə niyə çıxa bilməməsini, bəzi ulduzların zəif oyun sərgiləmələrinə münasibət bildirib:
“Dünya çempionatında nəhəng yığmaların bir çoxunun uğursuzluğunun öz səbəbi var. Futbolun səviyyəsi aşağı düşməyib, əksinə, getdikcə qalxır, sürətlənir.xa0
Messi, Ronaldu, İnyesta kimi futbolçular üçün artıq son akkordlardır. Yaş öz sözünü deyir. Nəsil dəyişməsinin baş verməsi Rusiya-2018-ə təsadüf etdi. Bir ulduz “sönür”, digəri parlamağa başlayır. Mpape 19 yaşındadır. Pele, Maradonadan sonra futbol ölmədiyi kimi, Messi, Ronaldodan da sonra yaşayacaq, inkişaf edəcək.xa0
Hər futbolçunun öz dövrü olur. Argentina, İspaniya millilərində məşqçi problemi var idisə, son çempion Almaniya heyətində rotasiya edə bilmədi. Yetərincə gənc futbolçuların olmasına baxmayaraq,xa0 baş məşqçi Y.Löv əsasən futboldan “doymuş” çempionlara yenidən üstünlük verdi.xa0 Almaniya U-23-ün Konfedrasiyalar Kubokundakı qalibiyyəti bunu şərtləndirirdi. Belə hallarda məşqçilər risk etməyi sevmir. Yeni heyətlə nəticə olmadığı halda “vətən xainləri” hesab olunurlar. Bunu da nəzərə alaraq, çempion heyətə dəymirlər və əllərində fakt olur: “dünən çempion idik, bu gün isə alınmadı.
Bu, tək Almaniyaya aid deyil. Çempion olmuş heyətlər növbəti mundialda əsasən qrupdan çıxa bilmirlər. 4 ildə isə eyni heyəti qoruyub saxlamaq mümkün deyil: yaş, zədə, digər faktorlar öz sözünü deyir”.
Təcrübəli mütəxəssis artıq əvvəllər zəif, ya orta futbol oynayan yığmaların bu çempionatda yüksək səviyyəli çıxışına nələrin səbəb olduğunu açıqlayır:xa0 xa0
“Xorvatiya, Uruqvay, İsveç, Danimarka, İsveçrə, Yaponiya, qrup mərhələsində özlərini yaxşı tərəfdən göstərmiş Seneqal, Mərakeş və digər yığmaların çıxışları heç kimi təəccübləndirməməlidir. “Real Madrid”, “Barselona”, “PSJ” və digər nəhəng klublarda, çempionatlarda çıxış edən Modriç, Kavani, Rakitiç və başqa futbolçular eyni klubda yanaşı çıxış etdikləri Messi, Ronalda, Nemyardan niyə qorxmalı, çəkinməlidirlər?!
Avropada legioner limiti demək olar ki, tam aradan götürüləndən sonra ortabab millilər üçün böyük şans yarandı. İstedadlı futbolçuların yolu açıldı və böyük klublarda çıxış etmək şansları çoxaldı. Dəfələrlə şahidi olmuşuq ki, aparıcı çempionatlarda klublar 1-2 yerli futbolçuya yer verir. Bu amil nəhəng millilərlə ortababların səviyyəsini yaxınlaşdırır. Psixoloji olaraq, azarkeşlər, ictimaiyyət bunu yaddan çıxarır və ya hələ ki, qəbul etmək istəmir. Elə təəssürat yaranır ki, futbol tənəzzülə uğrayır. Əksinə, liderlər öz səviyyəsindədir. Necə ki,xa0 İngiltərə, Fransa bunu sübuta yetirdi. Artıq futbolçuları böyük klublarda çıxış edən və eyni zamanda, daxildə futbol strategiyaları doğru olan millilər nəhənglərlə ayaqlaşmağa yaxınlaşır”.xa0
T.Süleymanov Azərbaycanın bu dünya çempionatından nələri əxz etməli olduğuna da toxunub:
“Dünya çempionatı Azərbaycan üçün bir nümunə olmalıdır. Qonşumuz İran İspaniya, Portuqaliyadan çəkinmir, lıayiqli mübarizə aparır.xa0 Azərbaycan niyə 40 dərəcə istidə Kosova kimi yığmaların qarşısında əsməlidir?!
Qarşıdan gələn Millətlər Liqasında millimiz də böyük futbolda nəhənglər arasında olması üçün mütləq sözünü deməlidir”.
MODERATOR.AZ






























































































